• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Baş məşqçi: “Qızıl medala ümidimiz böyükdür”

Baş məşqçi: “Qızıl medala ümidimiz böyükdür”

Taekvondo yığma komandasının böyük məşqçisi Elnur Amanov yarışlarda Azərbaycan idmançılarının döyüşünü şərh edib.

Publika.az-a açıqlama verən E.Amanov taekvondoçularımızın qızıl medal qazanacaqlarına inandığını söyləyib:

“Taekvondoçularımız qızıl medal qazananda nəticələr ürəyimizcə olacaq. Bir idmançımız - Patimat Abakarova (- 49) bürünc medal qazanıb. Hələ yarışlar 2 gündür başlayıb, bundan sonra daha 2 gün idmançılarımız yarışacaq. Ümidliyik, inşallah, taekvondoçularımız qızıl medal alacaqlar. Sabah Fəridə Əzizova döyüşəcək, dünya çempionu Radik İsayev isə yarışların son günündə tatamiyə çıxacaq, hər iki idmançıya ümidlərimiz böyükdür”.

O, serbiyalı Draqana Qladoviçə 4:8 hesabı ilə uduzan azərbaycanlı taekvondoçu Günay Ağakişiyevanın (-57 kq) da yarışını dəyərləndirib: “İdmandır, məğlubiyyət də, qalibiyyət də olur. Hansısa turnirdə Günay Ağakişiyeva həmin serbiyalı idmançı ilə qarşılaşmışdı. Bu dəfə alınmadı, idmanda udan da, uduzan da olur”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR