MOK-da mükafatçılarla görüş - FOTOLAR
Bizi izləyin

Bakı 2015

MOK-da mükafatçılarla görüş - FOTOLAR

Bu gün ənənəvi olaraq, Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) I Avropa Oyunlarında mükafat qazanan idmançılarımızla görüş keçirilib.

Publika.az xəbər verir ki, mərasimdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov və təhsil naziri Mikayıl Cabbarov iştirak ediblər.

Qeyd edilib ki, azərbaycanlı idmançılar Oyunların ilk günündən etibarən 8 qızıl, 3 gümüş və 8 bürünc medal qazanıblar. Çıxış edənlər əmin olduqlarını bildiriblər ki, Azərbaycan qarşıdakı günlərdə daha çox medal qazanacaq.

A.Rəhimov M.Cabbarovu Azərbaycan Badminton Federasiyasının prezidenti seçilməsi münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

Sonra Avropa Oyunlarında qadınlar arasında (53 kq) güləş üzrə yarışların qalibi Anjela Doroqan, kişilər arasında 200 m məsafəyə kanoe-təkbətək (C1) yarışının gümüş mükafatçısı Valentin Demyanenko və taekvondo üzrə bürünc mükafatçı Patimat Abakarovaya (49 kq) xatirə hədiyyələri təqdim edilib.

Sonda qonaqlara konsert proqramı təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm