11-ci qızıl medal taekvondoçudan gəldi - FOTO
Bizi izləyin

Bakı 2015

11-ci qızıl medal taekvondoçudan gəldi - FOTO

Azərbaycan birinci Avropa Oyunlarında qazandığı qızıl medalların sayını 11-ə çatdırıb.

Növbəti uğura taekvondoçumuz Ayxan Tağızadə imza atıb. Taekvondo yarışlarının 68 kiloqram çəki dərəcəsi üzrə final görüşündə Azərbaycan idmançısı, yeniyetmələr arasında Avropa çempionatının gümüş medalçısı Ayxan Tağızadə polşalı Karol Robak ilə qarşılaşıb. Gərgin keçən görüşün əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə olunan vaxtda idmançımız gözəl fənd işlədərək rəqibini məğlub edib və birinci Avropa Oyunlarının çempionu olub.

O, həlledici qarşılaşmaya gedən yolda sloveniyalı Jure Pantar, ispaniyalı Joel Qonzales Bonilla və rusiyalı Aleksey Denisenkonu mübarizədən kənarlaşdırıb.

Bu çəki dərəcəsi üzrə medalları Belçika Olimpiya Komitəsinin baş icraçı direktoru Filip Vander Putten təqdim edib.

Qalibin şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağı ucaldılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm