Azərbaycan 22 medalla ikincidir - SİYAHI
Bizi izləyin

Bakı 2015

Azərbaycan 22 medalla ikincidir - SİYAHI

Bakı-2015 I Avropa Oyunlarının VI günündə 11 dəst medalın sahibi müəyyən olub. Taekvondo, kişilər arasında sərbəst güləş, kamandan oxatma, atıcılıq və bədii gimnastika yarışlarında medallar sahiblərinə çatıb.

Publika.az xəbər verir ki, milli komandamız Rusiya seçməsindən sonra siyahıda ikinci yerdədir. Millimizin aktivində 11 qızıl, 3 gümüş, 9 bürünc medal, lider Rusiya millisinin aktivində isə 16 qızıl, 5 gümüş, 8 bürünc medalı var. İlk üçlükdə olan Macarıstan 7 qızıl, 1 gümüş, 5 bürünc medala sahibdir.

17 iyun

Güləş:

65 kq çəki dərəcəsində Toğrul Əsgərov, 97 kq çəki dərəcəsində təmsilçimiz Xetaq Qazyumov qızıl medal qazanıb. Digər güləşçimiz 74 kq çəki dərəcəsində Cəbrayıl Həsənov isə bürünc medala yiyələnib.

Taekvando:

68 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Tağızadə taekvandoçularımızın 1-ci qızıl medalına sahib çıxıb.

16 iyun


Güləş:

53 kq çəki dərəcəsində sərbəst güləş üzrə təmsilçimiz Anjela Doroqan qızıl medal qazanıb.

Avarçəkmə:

Təmsilçimiz Valentin Demyanenko Avropa Oyunlarının gümüş mükafatını qazanıb. O, kanoeçilərin 200 metr məsafəyə yarışında 40,142 saniyə nəticə ilə 2-ci olub.

Taekvando:

Millimizin üzvü 49 kq dərəcəsində Abakarova Patimat bürünc medal qazanıb.

15 iyun

Güləş:


Qadın güləşçilərdən ibarət millimizin üzvü 48 kq çəki dərəcəsində çıxış edən Mariya Stadnik qızıl medal qazanıb. Onun komanda yoldaşı 55 kq çəki dərəcəsində çıxış edən Natalya Sinişin isə bürünc medal əldə edə bilib.

Gimnastika:

İdman gimnastikası üzrə kişilərdən ibarət Azərbaycan yığması bürünc medalı qazanıb. Oleq Stepko, Eldar Səfərov və Petro Paxnyukdan ibarət Azərbaycan komandası 174.195 xalla üçüncü yeri tutub.

14 iyun

Güləş:


Millimizin heyətində Elvin Mürsəliyev çempion olub, Sabah Şəriəti ikinci, Həsən Əliyev üçüncü yeri tutub.

Karate:

Karate üzrə millimizin heyətində Ayxan Mamayev, İrina Zaretska qızıl medalı komanda aktivinə yazdırmağı bacarıb.

Triatlon:

Rostislav Pevtsov da yarışların 3-cü günü komandamızın medal sayını artırıb. O bürünc medalla kifayətlənməli olub.

13 iyun

Karate:


Həmyerlimiz Rafael Ağayev İtaliya idmançısı Luiqi Busa ilə qarşılaşıb. Qələbə çalan həmyerlimiz qızıl medala sahib olub.

***

Azərbaycanlı idmançı Firdovsi Fərzəliyev özünün italiyalı rəqibini 4:0 hesabı ilə məğlub edərək, qızıl medalın sahibi olub.

***

Bürünc medal uğrunda 55 kq çəkidə azərbaycanlı idmançı İlahə Qasımova və İspaniya təmsilçisi Qarsia Ferrer 5:2 hesabıyla məğlub edərək bürünc medalın sahibi olub.

***

Azərbaycanlı idmançı Niyazi Əliyev özünün almaniyalı rəqibini 3:1 hesabı ilə məğlub edərək bürünc medalın sahibi olub.

Güləş:

Yunan-Roma güləşi üzrə 71 kq çəki dərəcəsində güləşçimiz Rəsul Çunayev finalda macar güləşçi Korpası Balintlə görüşüb və 3-1 hesablı qələbə əldə edərək qızıl medala sahib çıxıb.

***

Yunan-Roma güləşi üzrə 80 kq çəki dərəcəsində güləşçimiz Rafiq Hüseynov finalda rus güləşçi Yevgeni Saleyevə məğlub olaraq gümüş medal qazanıb.

***

Yunan-Roma güləşi üzrə 98 kq çəki dərəcəsində güləşçimiz Orxan Nuriyev bürünc medal uğrunda türkiyəli güləşçi İldem Cenkə məğlub olub və komanda aktivinə medal yazdıra bilməyib.

***

Elman Muxtarov erməni güləşçini 4-1 hesabı ilə məğlub edərək bürünc medal əldə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm