Kamandan oxatma: Çoxnövçülük yarışını Ukrayna qazandı - CANLI YAYIM
Bizi izləyin

Bakı 2015

Kamandan oxatma: Çoxnövçülük yarışını Ukrayna qazandı - CANLI YAYIM

Kişilər arasında kamandan oxatma yarışlarının komanda çoxnövçülük üzrə finalı keçirilib.

Finalda Ukrayna və İspaniya qarşılaşıb. Öncə İspaniya 0:2 hesabı ilə öndə olsa da, ukraynalı idmançılar hesaba tarazlıq gətiriblər. Daha sonra 5:4 hesabı ilə qələbə qazanaraq I Avropa Oyunlarının baş mükafatına sahib olublar.

16:16

Kişilərin komanda yarışlarında yarımfinalçılar müəyyənləşib. Belə ki, Niderland Rusiyanı (5:4), Ukrayna İtaliyanı (6:2), Fransa Almaniyanı (5:3), İspaniya Belarusu (6:0) mübarizədən kənarlaşdırıb.

Yarımfinalda Fransa-İspaniya, Ukrayna-Niderland yığmaları qarşılaşırlar.

12:35

Qadınlar arasında kamandan oxatma yarışlarının qalibi məlum olub.

Publika.az xəbər verir ki, finalda Belarus idmançıları İtaliya yığması ilə üz-üzə gəlib. Öncə 0:2 hesabı ilə geri düşən Belarus yığması hesaba tarazlıq gətirsə də, bu, uzun çəkməyib.

Ümumi hesabda 3:5 hesabı ilə qalib gələn İtaliya yığması I Avropa Oyunlarının qızıl mükafatının sahibi olub.

11:56

Qadınların Kamandan oxatma yarışlarının çoxnövçülük üzrə finalçıları məlum olub. Belarus Ukraynaya qalib gələrək finala adlayıb. Finalda Belarusla İtaliya mübarizə aparacaq.

11:11

Yarımfinal qarşılaşmasında rəqibindən üstün olan İtaliya yığması ümumi hesabda 5:3 hesabı ilə qalib gələrək finala adlayıb.

09:06

Bu gün Bakı-2015 Avropa Oyunları çərçivəsində kamandan oxatma üzrə komanda çoxnövçülük yarışlarında 1/4 final mərhələsi başlayıb.

Publika.az xəbər verir ki, qadınların yarışlarında Almaniya-Belarus, Gürcüstan-Ukrayna, İtaliya-Danimarka və Fransa-Rusiya qarşılaşmaları olacaq.

1/2 finala çıxmaq uğrunda kişilərin yarışlarında isə Niderland-Rusiya, İtaliya-Ukrayna, Fransa-Almaniya və İspaniya-Belarus görüşləri baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm