Taekvondo: Harçeqaninin medalını Prezident İlham Əlliyev təqdim etdi - CANLI YAYIM/FOTOLAR - YENİLƏNİR
Bizi izləyin

Bakı 2015

Taekvondo: Harçeqaninin medalını Prezident İlham Əlliyev təqdim etdi - CANLI YAYIM/FOTOLAR - YENİLƏNİR

80 kq çəki dərəcəsində idmançıların mükafatlandırılma mərasimi keçirildi. Qaliblərin medalını Azərbaycan Prezidenti İlham Əliyev təqdim etdi.

22:43

Hazırda daha bir finalçımız Milad Harçeqani rusiyalı Albert Qaunla mübarizədən qalib ayrıldı. İdmançımız qızıl medal qazandı. Harçeqaninin mübarizəsini Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mhriban Əliyeva da izləyirdi.

22:34

Fəridə Əzizova rusiyalı idmançıya məğlub oldu. İlk Avropa Oyunlarında qadınlar arasında 67 kq çəki dərəcəində qızıl medalın sahibi Anastasiya Baryşnikova qazandı. Fəridə Əziova isə gümüş medalla kifayətlənməli oldu.

22:08

Fasilədə sonra taekvondo ürzrə final yarışlarına start verilib. Saat 22:15-də Fəridə Əzizova finalda rusiyalı Anastasiya Baryşnikova ilə görüşəcək. Saat 22:30-da isə Milad Harçeqani rusiyalı Albert Qaunla qarşılaşacaq.

17:21

Azərbaycanı 80 kiloqram çəki dərəcəsində təmsil edən Milad Beiqi Harçeqani portuqaliyalı Julio Fereyra ilə qarşılaşıb. 6:2 hesabıyla qalib gələn idmançımız Avropa Oyunlarının finalına vəsiqə qazanıb.

17:03

67 kq çəki dərəcəsində Azərbaycan taekvondoçusu Fəridə Əzizova yarımfinal döyüşünə çıxıb. İsveç təmsilçisi Elin Cohansonla qarşılaşan təmsilçimiz gərgin keçən döyüşdə 5:2 hesabıyla qalib gəlib. Beləliklə, 67 kq çəki dərəcəsində ilk finalçı bəlli olub. F.Əzizova qızıl medal uğrunda yarışacaq.

15:58

Kişilər arasında taekvondo üzrə 1/4 finalda 80 kq çəki dərəcəsində Azərbaycan təmsilçisi Milad Beigi Harçeqani Böyük Britaniya təmsilçisi Lutalo Muhammədlə üz-üzə gəlib. Birinci raundda taekvondoçumuz hesabına 3, rəqibi isə 1 xal yazdırıb. İkinci turda H.Milad daha 10 xal, L.Muhamməd isə 4 xal qazanıb. Yekunda təmsilçimiz 17:5 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.

15:38

Qadınlar arasında taekvondo üzrə 1/4 final yarışı keçirilir. Tatamidə Azərbaycan təmsilçisi Fəridə Əzizova (- 67kq) ilə türkiyəli Nur Tatarla döyüşüb. Birinci mərhələdə 2:1 hesabı ilə rəqibini üstələyən F.Əzizova ikinci hissədə daha 1 xal qazanıb. Üçüncü hissədə hesab 6:2 təmsilçimizin xeyrinə olub. Beləliklə, təmsilçimiz yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, yarışı izləmək üçün Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov da oyunun keçirildiyi Bakı Kristal Zala gəlib.

14:23

Saat 10:45-də kişilər arasında -80 kq çəki dərəcəsində taekvondoçumuz Milad Beigi Harçeqani mübarizəyə qatılıb. Serbiyalı Damir Fejziclə qarşılaşan Azərbaycan təmsilçisi birinci raundda rəqibini 1:0 üstələyib. İkinci raundda Milad serbiyalı idmançını nəfəs almağa qoymayıb. 10 xal qazanan taekvondoçumuz üçüncü turda daha 1 xal qazanaraq oyunu dayandırıb. Beləliklə, təmsilçimiz 12-0 hesabı ilə təmiz qələbə qazanıb.

10:48

Bakı 2015 Birinci Avropa Oyunları çərçivəsində qadınlar və kişilər arasında taekvondo yarışlarının üçüncü günü keçirilir.

Publika.az xəbər verir ki, saat 10:30-da tatamiyə Azərbaycan təmsilçisi Fəridə Əzizova (-67 kq) çıxıb. O, Niderland təmsilçisi Baren Vanla qarşılaşıb. Birinci raund 1:0 hesabı ilə başa çatıb. İkinci hissədə də hesab dəyişməyib. Fəridə Əzizova üçüncü turda daha bir xal qazanaraq 1/4 finala vəsiqə qazanıb. Döyüş 3:0 təmsilçimizin xeyrinə başa çatıb.

10:13

Bakı 2015 Avropa Oyunlarında taekvondo yarışları davam edir.

Publika.az xəbər verir ki, bu gün daha 2 dəst medal öz sahibini tapacaq.

Kişilər 80, qadınlar 67 kq çəki dərəcəsində qitənin ilk Oyunlarının ən güclüsünü müəyyənləşdirəcəklər.

Kişilər

80 kq

Bu çəki dərəcəsində yığmamızı təmsil edən Milad Beiqi Harçeqani ilkin mərhələdən yarışa qoşulacaq. O, ilk cəhdində serbiyalı Damir Feyziçlə üz-üzə gələcək. Qarşılaşmanın start fiti saat 10:45-də veriləcək.

Qadınlar

67 kq

Gənclər arasında dünya çempionumuz Fəridə Əzizova ilk döyüşünü Yoyse Van Baarinə qarşı keçirəcək. İlkin mərhələyə təsadüf edəcək qarşılaşma saat 10:30-da başlayacaq.

Qeyd edək ki, taekvondo yarışlarının ilk 2 günündə yığmamızın heyətində Ayxan Tağızadə (68 kq) qızıl, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.

Sabah keçiriləcək daha 2 çəki dərəcəsi ilə taekvondo yarışlarına yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm