Şose velosipedi: Təmsilçimiz finişə çatmadı - CANLI YAYIM - YENİLƏNİR
Bizi izləyin

Bakı 2015

Şose velosipedi: Təmsilçimiz finişə çatmadı - CANLI YAYIM - YENİLƏNİR

40 kişi velosipedçi arasında keçirilən yarışda ölkəmizin idman şərəfini Elçin Əsədov qoruyub. İdmançımız 12,9 km məsafədəki ara finişdə 20-ci olsa da, yarışı bitirə bilməyib. Belə ki, təmsilçimiz finiş xəttinə çatmayıb.

12:39

Hollandiyalı idmançı Ellen Van Deyk 32 dəqiqə 26 saniyə nəticə ilə qadınlar arasında vaxt hesabı ilə fərdi veloyürüşün qalibi olub. İkinci nəticəni (33 dəqiqə 3 saniyə) Ukrayna təmsilçisi Janna Solovey göstərib. Hollandiyanın digər təmsilçisi Annemiyek van Vliten bürünc medal əldə edib (33 dəqiqə 33 saniyə). Azərbaycan velosipedçisi Yelena Pavluxina isə 33 dəqiqə 57 saniyə nəticə göstərərək altıncı yerdə qərarlaşıb.

Kişi velosipedçilər də bu gün starta çıxacaqlar.

10:59

Əvvəl qadınların yarışı keçirilib. 25 km məsafəyə yürüş edən 29 velosipedçi arasında Azərbaycan təmsilçisi Alyona Pavluxina da qüvvəsini sınayıb. O, məsafəni 33 dəqiqə 57,45 saniyəyə qət edib.

O, hələlik finişə çatan 10 idmançı arasında 2-ci pillədə qərarlaşıb. Alyonanın yekunda hansı mövqedə qərarlaşacağı digər 20 velosipedçinin nəticəsindən asılı olacaq.

Saat 13:00-dan etibarən 52 km məsafə qət etməli olan 40 kişi velosipedçi arasında isə ölkəmizin idman şərəfini Elçin Əsədov qoruyacaq. Onun start xəttinə saat 14:22-də çıxması gözlənilir.

10:24

Bakı 2015 İlk Avropa Oyunları çərçivəsində bu gün şose velosipedi üzrə yarışlara start verilib.

Publika.az xəbər verir ki, iştirakçılar öncə fərdi ötüşmədə (time-trial) mübarizə aparacaqlar.

Bilgəhdə təşkil olunacaq yürüşlərdə Azərbaycan yığma komandasının 2 üzvü çıxış edəcək.

Saat 10:00-da qadınların yarışı start götürəcək. 25 km məsafəyə yürüş edəcək 29 velosipedçi arasında Azərbaycanı Yelena Pavluxina təmsil edəcək. O start xəttinə saat 10:15-də çıxacaq.

Saat 13:00-dan etibarən 52 km məsafə qət etməli olan 40 kişi velosipedçi arasında isə ölkəmizin idman şərəfini Elçin Əsədov qoruyacaq. Onun start xəttinə saat 14:22-də çıxması gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm