Stolüstü tennis: Təkbətək yarışlar davam edir - YENİLƏNİR
Bizi izləyin

Bakı 2015

Stolüstü tennis: Təkbətək yarışlar davam edir - YENİLƏNİR

İyunun 18-də Bakı İdman Zalında birinci Avropa Oyunları çərçivəsində stolüstü tennis üzrə təkbətək yarışlar davam etdirilir.

Publika.az xəbər verir ki, səhər sessiyasında təkbətək görüşlərin üçüncü dövrəsi başlayıb. Axşam isə 1/4 final mərhələsi keçiriləcək.

Səhər sessiyasının birinci yarısında qadın tennisçilər Xan İnq (Almaniya) və Sofiya Polçanova (Avstriya), Ksuye Li (Fransa) və Li Çji (Niderland), Yeva Odorova (Slovakiya) və Renata Stribkova (Çexiya), Marqarita Pesotska (Ukrayna) və Ksiya Liyan Ni (Lüksemburq), Elizabeta Samara (Rumıniya) və Cian Li (Polşa), Tetyana Bilenko (Ukrayna) və Melek Xu (Türkiyə), Petrissa Solya (Almaniya) və Qalya Dvorak (İspaniya), Çjao Li (Niderland) və Tszya Lyu (Avstriya) mübarizə aparırlar.

Səhər sessiyasının ikinci yarısında isə kişi tennisçilər 1/4 finala vəsiqə qazanmaq üçün yarışacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm