Atıcılıq: Finalçılar məlumdur – YENİLƏNİR
Bizi izləyin

Bakı 2015

Atıcılıq: Finalçılar məlumdur – YENİLƏNİR

Qarışıq komanda halında səngər stendi yarışının finalçıları müəyyən olunub.

Qızıl medal uğrunda Slovakiya və Rusiya komandaları mübarizə aparacaq.

Bürünc medal uğrunda görüşdə isə İspaniya və San Marino komandaları qarşılaşacaq.

16:18

Qarışıq komandalar arasında səngər stendi yarışlarının yarımfinalçıları müəyyənləşib.

Yarımfinal mərhələsində 6 komanda - İspaniya, İtaliya, Slovakiya, Fransa, Rusiya və San-Marino mübarizə aparacaq.

Azərbaycan idmançıları Elvin İsmayılov və Alina Rafiqxanova qarışıq komandaların səngər stendi yarışının təsnifat mərhələsində mübarizəni dayandırıblar.

15:11

Bakı-2015 Avropa Oyunları çərçivəsində kişilər arasında 50 metrdən uzanaraq tüfəng ilə atəş üzrə yarışlarda qaliblər müəyyənləşib.

Publika.az xəbər verir ki, yarışda birinci yeri almaniyalı Henri Yunqhaenel, ikinci yeri italiyalı Marko de Nikolo, üçüncü yeri isə belaruslu Sergey Martınov tutublar.

***

Bu gün Bakı Atıcılıq Mərkəzində birinci Avropa Oyunlarının atıcılıq yarışlarının üçüncü gününə start verilib.

Publika.az xəbər verir ki, yarışın üçüncü günündə qarışıq komandaların səngər stendi, kişilər arasında 50 metr məsafədən uzanaraq tüfəng ilə atəşaçma üzrə mübarizə aparılır.

Qarışıq komandaların səngər stendi yarışında Azərbaycanı Elvin İsmayılov və Alina Rafiqxanova təmsil edirlər.

Kişilər arasında 50 metr məsafədən uzanaraq tüfənglə atəş açma yarışında 37 idmançı mübarizə aparır. Bu yarışda Azərbaycan idmançıları iştirak etmirlər.

Artıq kişilər arasında 50 metr məsafədən uzanaraq tüfənglə atəşaçma yarışının finalçıları məlum olub.

İsrailli Quy Sratik, norveçli Brekne Odd Arne, italiyalı De Nikolo Marko, almaniyalı Henri Yunqhaenel, xorvatiyalı Bojan Durkoviç, finlandiyalı Juho Kurki, estoniyalı Meelis Kiisk və belaruslu Sergey Martinov adlarını finala yazdırmağı bacarıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm