Artyom Danilov: "Azərbaycan adına yarışdığıma çox şadam"
Bizi izləyin

Bakı 2015

Artyom Danilov: "Azərbaycan adına yarışdığıma çox şadam"

Suya tullanma üzrə Azərbaycanı təmsil edən idmançımız Artyom Danilov 11-ci yeri tutaraq final mərhələsinə vəsiqə qazanıb.

Publika.az xəbər verir ki, idmançı yarışdan sonra təəssüratını jurnalistlərlə bölüşüb: Hər şey çox gözəl təşkil olunub. Daha yaxşı çıxış edə bilərdim. Bəzi fəndlər istədiyim kimi alınmadı. Finala tam hazıram. Əsas rəqib kimi Rusiya, Böyük Britaniya, Danimarkanı hesab edirəm. Məqsədim ilk altılığa düşməkdir”.

Danilov uğurlu çıxış edib 2016-cı ildə Rio de Janeyroda təşkil ediləcək olimpiya oyunlarına qatılmaq istədiyini də bildirib: “Əslində ora lisenziya qazanmağı çox istəyirəm. Bu hər bir idmançının arzusudur. Düşünürəm ki, bu atletin yüksələ biləcəyi ən böyük zirvədir”.

O, Azərbaycan bayrağı altında çıxış etdiyinə görə qurur duyduğunu söyləyib: “Həqiqətən çox şadam ki, Azərbaycan adına yarışlarda çıxış edirəm. Rusiya təmsilçisi kimi çıxış etsəydim, bəlkə də, bu alınmazdı. Məni komandaya dəvət edənlərə təşəkkürmü bildirirəm”.

Rüstəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm