Taekvondo: Radik İsayevin medalını Prezident İlham Əliyev təqdim etdi - YENİLƏNİB
Bizi izləyin

Bakı 2015

Taekvondo: Radik İsayevin medalını Prezident İlham Əliyev təqdim etdi - YENİLƏNİB

Taekvondo üzrə 80 kq çəki dərəcəsində kişilər arasında yarışların qalibləri mükafatlandırılıb. Bütün rəqiblərini yenərək ilk Avropa Oyunlarının qızıl medalını qazanan Radik İsayevin mükafatını Azərbaycan Prezidenti İlham Əliyev və Taekvondo Federasiyasının Prezidenti Kəmaləddin Heydərov təqdim etdi.

Qeyd edək ki, Radik İsayev taekvondo komandamıza 3-cü, Azərbaycana isə 13-cü medalı qazandırdı.

22:37

Radik İsayev 5:4 hesabı ilə qalib gələrək Azərbaycana 13-cü qızıl medalı qazandırdı.

22:31

Radik İsayev qızıl medal uğrunda mübarizəyə başladı. Birinci raund Radik İsayevin 2:1 üstünlüyü ilə başa çatdı. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehribam Əliyeva da idmançımızın görüşünü canlı olaraq zalda izləyir.

20:36

80 kq çəki dərəcəsində kişilər arasında taekvondo yarışında Azərbaycan təmsilçisi Radik İsayev yarımfinalda sloveniyalı İvan Traykoviçlə qarşılaşıb. Rəqibindən aşkar üstün olan idmançımız 17:2 hesabıyla qələbə qazanıb və adını finala yazdırıb.

15:48

Kişilər arasında dünya çempionumuz Radik İsayev (-80 kq) 1/4 finalda Hollandiya təmsilçisi Jeron Vanruijla (Hollandiya) tatamidə üz-üzə gəlib. İlk hissədə təmsilçimiz 3 xal qazanıb. Görüş 8-6 taekvondoçumuzun xeyrinə başa çatıb.

Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov R.İsayevin döyüşünü izləmək üçün yarışın keçirildiyi Bakı Kristal Zala gəlib.

10:24

Qadınlar arasında +67 kq çəkidə Mariya Tedeyeva ilkin mərhələdə ukraynalı Marina Koniyeva ilə üz-üzə gəlib. Tedeyeva ilkin mərhələdə ukraynalı rəqibinə 10:4 hesabıyla məğlub olub. Əgər Koniyeva finala yüksələrsə, Tedeyeva bürünc medal uğrunda çıxışını davam etdirəcək.

Qeyd edək ki, taekvondo yarışlarının ilk 2 günündə yığmamızın heyətində Ayxan Tağızadə (68 kq) və Milad Beiqi Harçeqani (80 kq) qızıl, Fəridə Əzizova (67 kq) gümüş, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.

09:17

Bu gün Bakı-2015 Avropa Oyunları çərçivəsində taekvondo yarışlarının 4-cü günü başlayıb.

Publika.az xəbər verir ki, bu gün Azərbaycanın iki idmançısı mübarizəyə qoşulacaq.

Marina Tedeyeva qadınlar arasında 67 kiloqram, Radik İsayev isə kişilər arasında 80 kq çəki dərəcəsində qüvvələrini sınayacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm