Suya tullanma: Bıkovskaya finala çıxa bilmədi - YENİLƏNİR
Bizi izləyin

Bakı 2015

Suya tullanma: Bıkovskaya finala çıxa bilmədi - YENİLƏNİR

Qadınların 1 metr tramplin üzərindən suya tullanma yarışlarında çıxışlarının ilkin raunduna yekun vurulub.

Rusiya təmsilçisi Nekrasova Yekaterina 357.60 xalla ən yaxşı göstəricini göstərib. İkinci pillədə 345.30 xalla Böyük Britaniya atleti Fouler Miliye qərarlaşıb, 344.15 xal toplayan digər rusiyalı atlet Polikova Mariya üçüncü yeri tutub.

Azərbaycanlı atlet Olqa Bıkovskaya 28-ci yeri tutub. Təmsilçimiz final mərhələsinə çıxa bilməyib.

Qeyd edək ki, yarışların final mərhələsi saat 20.25-də başlayacaq.

10:56

Bakı Su İdman Mərkəzində I Avropa Oyunları çərçivəsində keçirilən suya tullanma yarışları davam edir.

Publika.az xəbər verir ki, kişilər arasında 3 metr tramplin üzərindən tullanma yarışlarının ilkin raundunda 32 ölkə təmsilçisi bacarığını sınayacaq.

Yarışlar saat 10.00-dan başlıyaraq start götürəcək. İlk olaraq Azərbaycan atleti Danilov Artyom suya tullanacaq.

Qeyd edək ki, yarışların final mərhələsi saat 20.25-də başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm