Bədii gimnastika: Durunda finalda – YENİLƏNİR
Bizi izləyin

Bakı 2015

Bədii gimnastika: Durunda finalda – YENİLƏNİR

Azərbaycan gimnastı Marina Durunda bədii gimnastika üzrə fərdi yarışlarda 3 hərəkətin - top, halqa və lentlə - yekununda finala çıxıb.

Trend-in məlumatına əsasən, idmançımız müvafiq olaraq 17.900, 18.100 və 17.800 bal toplayıb.

15:29

Milli Gimnastika Arenasında keçirilən yarışlarda Azərbaycanı iki idmançısı da bacarığını nümayiş etdirib.

Ayşən Bayramova və medal ümidlərimizdən olan Marina Durunda çoxnövçülükdə xalça üzərinə çıxıblar.

Çoxnövçülükdə Marina 69,850 xal toplayıb. O, bu nəticə ilə 8-ci olub. 66,400 xalı olan Ayşən isə 15-ci yerlə kifayətlənib.

Rusiyalı Yana Kudryavtseva 76,100 xalla yarışın qalibi olub. Onun həmyerlisi Marqarita Mamun 75,650 xalla 2-ci, belaruslu Melitina stanyuta 73,100 xalla 3-cü yeri tutub.

Gimnastlarımız ayrı-ayrı alətlərdə də mübarizə aparıb. Durunda və Bayramova həlqə, lent, top və gürzlərlə hərəkətlərdə təsnifat mərhələsində qüvvəsini sınayıb.

Həlqələrdə Durunda 18,100 xalla 6-cı, Bayramova 17,000 xalla 15-ci olub.

Topla hərəkətdə 17,900 xal yığan Marina 8-ci, Ayşən isə (15,900) 18-ci yeri tutub.

Lentlə hərəkətdə 17,800 xal əldə edən Marina 7-ci, 16,450 xal toplayan Bayramova 16-ci olub.

Durunda bu üç alətlə hərəkətdə final mərhələsində adlaya bilib. Gürzlərlə hərəkətlərdə isə ölkəmiz finalda təmsil olunmayacaq. Belə ki, Bayramova (17,050) 10-cu olubsa, Durunda (16,050) 19-cu yerlə kifayətlənib.

10:19

Bakı 2015 I Avropa Oyunlarında bədii gimnastikada fərdi yarışlara start verilib.

Publika.az xəbər verir ki, çoxnövçülükdə mükafatçıları müəyyənləşdirəcək gimnastlar alətlərlə hərəkətlərdə təsnifat mərhələsində çıxış edəcək.

Milli Gimnastika Arenasında keçirilən yarışlarda Azərbaycanı iki idmançı Ayşən Bayramova və Marina Durunda təmsil edəcək.

Gimnastlarımız ayrı-ayrı alətlərdə də mübarizə aparacaq. Durunda və Bayramova həlqə, lent, top və gürzlərlə hərəkətlərdə təsnifat mərhələsində çıxış edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm