• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Akrobatika gimnastikası: Akrobatlarımız 6-cı oldu - YENİLƏNİR

Akrobatika gimnastikası: Akrobatlarımız 6-cı oldu - YENİLƏNİR

Cütlüklərin mübarizəsində ölkəmizi Ulyana Dyakova və Anatoli Leonov təmsil edib. Onların çıxışı 77,430 xalla qiymətləndirilib. İdmançılarımız çıxışını 6-cı yerdə başa vurub.

Yarışın qalibi adına isə rusiyalılar Marina Çernova və Georgi Pataraya yiyələnib – 89,310. Belçikalılar Yana Vastavellə Solano Kassamayor (86,180) 2-ci, böyük britaniyalılar Hanna Bauqa və Rayan Barlett (85,160) 3-cü yeri tutub.

13:46

Akrobatika gimnastikası üzrə çoxnövçülük yarışları davam edir. Ölkəmizi təmsil edən Anatoliy Leonov və Ulyana Dyakova çıxış edib. 77,430 xal toplayan həmyerlilərimiz birinci pilləyə yüksəlib. Yarışlar davam edir.

12:43

Qadınlardan ibarət qrupların mübarizəsi başa çatıb. 11 komandanın yarışında Azərbaycan millisi də çıxış edib. Yığmamız yarışa Lalə Hüseynova, Nərmin Ramazanova və Aynur Hüseynovadan ibarət “üçlük”lə qatılıb.

82,310 xal toplayan komandamız yarışı 5-ci pillədə başa vurub. Çempion adına belçikalılar yiyələnib – 86,480. Rusiya (85,430) 2-ci, Belarus (84,610) 3-cü olub.

Saat 12:50-də cütlüklər mübarizəyə başlayacaq. Ulyana Dyakova və Anatoli Leonovun təşkil etdiyi cütlük 9 komandanın yarışında qüvvəsini sınayacaq.

12:19

Çoxnövçülük üzrə qrup yarışlarında iştirak edən gimnastlarımız uğurlu nəticə göstərib. Lalə Hüseynova, Aynur Hüseynova və Nərmin Ramazanovadan ibarət komandamız 82.310 xal toplayaraq reytinq sıralamasında 4-cü pillədə qərarlaşıb.

10:23

Bu gün Birinci Avropa Oyunları çərçivəsində akrobatika gimnastikası üzrə qadınlar arasında qrup - çoxnövçülük yarışlarının final mərhələsi başlayıb.

Publika.az xəbər verir ki, ölkəmizi yarışlarda Lalə Hüseynova, Aynur Hüseynova və Nərmin Ramazanovadan ibarət komanda təmsil edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR