Stolüstü tennis: Qızıl medal hollandların oldu – CANLI YAYIM - YENİLƏNİR
Bizi izləyin

Bakı 2015

Stolüstü tennis: Qızıl medal hollandların oldu – CANLI YAYIM - YENİLƏNİR

Bakı İdman Zalında keçirilən stolüstü tennis yarışında Hollandiya finalı yaşanıb. Eyni ölkəni təmsil edən Jie Li və Jiao Li qızıl medalın taleyinə aydınlıq gətirib.

Oyunu yüksək formada keçirən Jiao Li qızıl medal qazanıb.

17:31

Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışların bürünc mükafatçısı məlum olub.

Publika.az xəbər verir ki, Türkiyə idmançısı Mələk Hu slovakiyalı Yeva Odorovanı 4:1 hesabı ilə məğlub edərək bürünc medal qazanıb.

16:52

Kişilər arasında yarımfinal görüşlərində Almaniya tennisçisi Dmitriy Ovçarov Böyük Britaniyadan olan Paul Drinkhallı 4:2 hesabı ilə məğlub edərək finala çıxıb.

Digər görüşdə isə belaruslu Vladimir Samsonov ukraynalı Lei Kounu 4:1 hesabı ilə məğlub edərək adını finala yazdırıb.

Qeyd edək ki, 3-cü yer uğrunda oyun saat 19:00-da, final görüşü isə 20:00-da başlayacaq.

11:21

Bu gün Birinci Avropa Oyunlarında stolüstü tennis üzrə qadınlar və kişilər arasında fərdi yarışların finalı başlayıb.

Publika.az xəbər verir ki, Hollandiya təmsilçisi Jie Li ilə Slovakiya təmsilçisi Yeva Odorova qarşılaşıb. Hazırda Jie Li rəqibindən üstündür. O, iki oyunun hər birində 11 xal toplayıb. Slovakiyalı Y.Odorova isə birinci oyunda 4, ikincidə 5 xal qazanıb. Hollandiyalı idmançı 2:0 öndədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm