Macarıstanlı gimnast: “Atletlər kəndində bizim üçün hər cür şərait yaradılıb”
Bizi izləyin

Bakı 2015

Macarıstanlı gimnast: “Atletlər kəndində bizim üçün hər cür şərait yaradılıb”

İlk Avropa Oyunlarının iştirakçılarından olan macarıstanlı gimnast Dorina Bokzoqo çıxışıyla bağlı jurnalistlərə açıqlama verib.

Publika.az xəbər verir ki, Dorina yüksək təşkilatçılıqdan razılıq edib:

"Birinci Avropa Oyunları idmanda bir yenilikdir və Macarıstan komandası tərkibində bu yarışlarda iştirak etdiyimə görə çox sevinirəm. Atletlər kəndində bizim üçün hər cür şərait yaradılıb. Gimnastika yarışlarının keçirildiyi Milli Gimnastika Arenası isə çox əladır, genişdir, özünü çox rahat hiss edirsən, mühit gözəldir, azarkeşlər səni dəstəkləyir və çox həvəslənirsən".

Azərbaycana ilk dəfə gəldiyini deyən D.Bokzoqo ölkəmizi, Bakını çox bəyəndiyini diqqətə çatdırıb: "Hələ ki vaxtımız az olduğundan Bakıda gəzintiyə çıxa bilməmişik, çünki qarşıda bizi final yarışları gözləyir. Amma yarışlardan sonra mütləq Bakıda gəzməyə çıxacağıq. Bu, mənim birinci səfərimdir. Açığını desəm, Bakıya gələndə təəccübləndim. Mən Macarıstanda televiziya kanallarında Bakı haqqında, bu şəhərin gözəl olması haqqında eşitmişdim. Bütün bunları gəlib gözlərimlə gördüm və çox bəyəndim".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm