Boksçumuza qalib gələn idmançı: "Məqsədim qızıl medaldır"
Bizi izləyin

Bakı 2015

Boksçumuza qalib gələn idmançı: "Məqsədim qızıl medaldır"

Polşanı 48-51 kq çəki dərəcəsində təmsil edən Sandra Drabik həmyerlimiz Anaxanım Ağayeva üzərində qazandığı qələbədən sonra öz təəssüratlarını bölüşüb.

Publika.az xəbər verir ki, 26 yaşlı boksçu qələbə qazandığı üçün sevindiyini gizlətməyib: "Anaxanım güclü boksçudur, amma mən bu gün ondan daha yaxşı döyüşdüm və qalib gəldim".

Avropa Oyunlarının təşkilatçılığından danışan Drabik idmançılar üçün yaradılan şəraitdən razılıq edib:

"Hər şey çox yaxşı təşkil olunub. İdmançıların qaldığı yer, qidalanması, təhlükəsizliyi üçün bütün şərait yaradılıb.

Sonda polşalı idmançı Avropa Oyunlarında şanslarından danışıb: "Əlbəttə ki, məqsədim qızıl medaldır. Ümid edirəm ki, buna nail olacam".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm