Rusiyalı qaliblər: “Heç belə olmamışdı”
Bizi izləyin

Bakı 2015

Rusiyalı qaliblər: “Heç belə olmamışdı”

Akrobatika gimnastikasının qarışıq cütlük növü üzrə qızıl medalını qazanan rusiyalı gimnastlar I Avropa Oyunları barədə fikirlərini bölüşüblər.

Publika.az xəbər verir ki, çoxnövçülük üzrə Mariya Çernova və Georgi Patarayadan ibarət çütlük fəxri kürsünün ən yüksək pilləsinə qalxdıqları üçün xoşbəxt olduqlarını bildiriblər:

“Bakıda təşkil olunan bu tədbir möhtəşəmdir. Bizim rəqiblərimizin hər biri bu gün aldığımız medalı qazana bilərdi. Heç belə olmamışdı. Çox çətin oldu, amma biz bacardıq”.

Tədbirin yüksək səviyyədə təşkil olunduğunu deyən rusiyalı idmançılar hakimlərin verdiyi xalların ədalətli olduğunu deyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm