Avropa Oyunlarının açılış mərasimi haqqında – FAKTLAR
Bizi izləyin

Bakı 2015

Avropa Oyunlarının açılış mərasimi haqqında – FAKTLAR

Azərbaycanda keçirilən ilk Avropa Oyunlarının möhtəşəm Açılış mərasimi haqqında bir sıra maraqlı faktlar məlum olub.​

Publika.az buro247.az-a istinadən xəbər verir ki, mərasimin təşkilinə 28 ölkədən 300-dən çox yaradıcı heyət və 34 ölkədən 1000 nəfər cəlb olunub. Musiqinin 75%-dən çoxu Azərbaycan bəstəkarlarının əsərləri və ya yerli klassik, xalq mahnıları üstündə qurulub. 20-ci əsrin üç görkəmli Azərbaycan bəstəkarı - Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirovun mahnıları səsləndirilib.

Avropa Oyunlarının Açılış mərasimi haqqında – Faktlar

Açılış mərasimində stadionun quraşdırılması üç aya başa gəlib, lakin stadionu iyunun 21-22-də keçiriləcək atletika yarışlarına hazır etmək üçün bu mexanizm üç gün ərzində sökülüb.

Rəqqasələrin paltarlarının ətəkləri 16 000 m2 parçadan tikilib. Bu, 13 Olimpiya üzgüçülük hovuzu boyda parça deməkdir. Hər ətək məxsusi olaraq səhnədəki yerinə görə işlənib.

Avropa Oyunlarının Açılış mərasimi haqqında – Faktlar

Açılış mərasiminin "Miniatür bağı" adlanan hissəsində Nizami Gəncəvinin "Xəmsə"sindən ən yaddaqalan səhnələr 300 nəfərin iştirakı ilə nümayiş olunub.

Avropa Oyunlarının Açılış mərasimi haqqında – Faktlar

Səhnə halqasının çevrəsinin uzunluğu 240 metrdir. Dekorasiyalar 200 lyuk vasitəsilə səhnəyə qaldırılır. Dağ 16 metr hündürlüyə qədər ucalır. Dağı yaratmaq üçün 52 liftdən istifadə edilir. Petroqliflər 800 metrlik gizli LED lampaları ilə yaradılır.

Avropa Oyunlarının Açılış mərasimi haqqında – Faktlar

Avropa Oyunlarının Açılış mərasimi haqqında – Faktlar

Novruz bayramını simvolizə edən səhnədə çatların arasında peyda olan "Xəzər dənizi"nin sahəsi 450 kv/m, suyun həcmi isə 18 000 litrdən ibarət idi.

Avropa Oyunlarının Açılış mərasimi haqqında – Faktlar

Avropa Oyunlarının Açılış mərasimi haqqında – Faktlar

Birinci Avropa Oyunlarının Açılış mərasimində 2000-dən çox işıqlandırıcı avadanlıqdan, 12000-dən çox telefon qulaqcığından və 180000-dən çox təkrar istifadəyə yararlı batareyadan istifadə ediblər.

Stadionun üstündən ümumi uzunluğu 250 m, yükgötürmə qabiliyyəti 7,5 ton olan xətlər çəkilib. Mərasimdə ümumi uzunluğu 110 km olan elektrik xəttindən və 12 meqavat gücündə generatordan istifadə edilir. Səs sistemi üçün 800 mikrofondan və ümumi uzunluğu 25 km olan kabeldən istifadə edilir.

Avropa Oyunlarının Açılış mərasimi haqqında – Faktlar

Mərasimin keçirilməsi üçün 20 ölkədən yüklə dolu 500-dən çox yük avtomobili gəlib, hava nəqliyyatı ilə 100 ton yük daşınıb.

12500 "Alovqoruyan" 30 müxtəlif iş üzrə 124 vəzifə icra edirlər. Gilan Tekstil Parkı Alovqoruyanlar üçün 110 000 ədəd geyim elementi istehsal edib.

Avropa Oyunlarının Açılış mərasimi haqqında – Faktlar

2 000-dən çox könüllünün əksəriyyəti azərbaycanlıdır, lakin 17 müxtəlif ölkədən də nümayəndə də könüllü qismində iştirak edir. Onlar 600-dən çox təlim məşqindən keçiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm