Fərid Mansurov “Bakı-2015”-dən danışdı
Bizi izləyin

Bakı 2015

Fərid Mansurov “Bakı-2015”-dən danışdı

“Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasimi çox möhtəşəm idi. Bir çox beynəlxalq səviyyəli idman yarışlarının iştirakçısı olmuşam. Hələ “Bakı-2015”dəkindən yüksək səviyyədə təşkil olunan açılış mərasimini, eləcə də idmançılar üçün yaradılmış şəraiti heç bir ölkədə müşahidə etməmişəm. Bunu Avropa ölkələrindən gəlmiş nümayəndələr və idmançılar da təsdiq edirlər.

Bu sözləri AZƏRTAC-a müsahibəsində iyunun 19-da Azərbaycan Milli Olimpiya Komitəsində birinci Avropa Oyunlarının yeddinci günündə medal qazanan idmançılarımızla keçirilən görüşdə iştirak edən yunan-Roma güləşi üzrə Olimpiya və dünya çempionu Fərid Mansurov deyib.

F.Mansurov ilk Avropa Oyunlarında güləşçilərimizə azarkeşlik etdiyini söyləyib. “Güləşçilərimizin medal qazanacaqlarına inanırdım. Çünki onlar indiyədək Olimpiya Oyunlarında başqa idmançılara nisbətən həmişə yaxşı nəticələr göstəriblər”,-deyə o bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm