• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bakı 2015: Günün proqramı

Bakı 2015: Günün proqramı

Birincisi Bakıda düzənlənən Avropa Oyunlarında artıq 10 gün geridə qalıb.

Publika.az xəbər verir ki, bu gün 9 idman növü üzrə yarışlar keçiriləcək və 18 dəst medalın sahibi müəyyənləşəcək.

Əsasən 6 idman növündə qaliblərin adları bilinəcək. Daha çox – 10 dəst medalın oynanıldığı idman gimnastikası yarışlarına bu gün yekun vurulacaq.

Atıcılıqda 3, suyatullanmada 2 növ üzrə ən yaxşılar bəlli olacaq. Şose velosipedində isə yalnız 1 dəst mükafatçılar bilinəcək.

Bundan başqa, çimərlik voleybolu və su polosunda qadınların çıxışları başa çatacaq. Kamandan oxatma, boks və voleybolda isə növbəti qarşılaşmalar baş tutacaq.

20 iyun

09:00. Voleybol

Kişilər, A qrupu

Fransa - Türkiyə

Bakı Kristal Zalı

09:00. Kamandan oxatma

Kişilər, fərdi yarışlar, 1/32 final

Tofiq Bəhramov adına Respublika stadionu

09:00. Atıcılıq

Kişilər, 50 metrdən tapança ilə atəş

Kişilər, dairəvi stend, təsnifat

Qadınlar, 25 metrdən tapança ilə atəş

Qadınlar, dairəvi stend

Bakı Atıcılıq Mərkəzi

10:00. Çimərlik voleybolu

Kişilər, 1/8 final, 1/4 final

Qadınlar, yarımfinal, final

Çimərlik Arenası

10:00. Suyatullanma

Kişilər, tramplin, 3 m

Qadınlar, sinxron tramplinlər, 3 m

Kişilər, tramplin, 3 m

Bakı Su İdmanı Mərkəzi

11:00. Voleybol

Kişilər, B qrupu

Slovakiya - Belçika

Bakı Kristal Zalı

12:00. Şosse velosipedi idmanı

Qadınlar, sosse yürüşü

12:00 Su polosu

Qadınlar, 9-cu yer uğrunda

Serbiya - Fransa

Vaterpol Arenası

12:30. Boks

1/8 final

Qadınlar, 54 kq, 64 kq

Kişilər, 52 kq, 60 kq, 69 kq, +91 kq

Bakı Kristal Zalı

13:30. Su polosu

Qadınlar, 7-ci yer uğrunda

Slovakiya - Almaniya

Vaterpol Arenası

14:30. Voleybol

Kişilər, A qrupu

Serbiya - Finlandiya

Bakı Kristal Zalı

15:00. Su polosu

Qadınlar, 5-ci yer uğrunda

Hollandiya - Macarıstan

Vaterpol Arenası

16:00. İdman gimnastikası

Kişilər və qadınlar

Ayrı-ayrı hərəkətlərdə fərdi yarışlar

Milli Gimnastika Arenası

16:30. Voleybol

Kişilər, B qrupu

Rusiya - Bolqarıstan

Bakı Kristal Zalı

18:00. Su polosu

Qadınlar, 3-cü yer uğrunda

İtaliya – Yunanıstan

Vaterpol Arenası

19:30. Su polosu

Qadınlar, 1-ci yer uğrunda

Rusiya - İspaniya

Vaterpol Arenası

20:00. Voleybol

Kişilər, A qrupu

Polşa - Azərbaycan

Bakı Kristal Zalı

22:00. Voleybol

Kişilər, B qrupu

Almaniya – İtaliya

Bakı Kristal Zalı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR