Kamandan oxatma: Üç təmsilçimiz mərhələ adlaya bilmədi - YENİLƏNİR
Bizi izləyin

Bakı 2015

Kamandan oxatma: Üç təmsilçimiz mərhələ adlaya bilmədi - YENİLƏNİR

Kamandan oxatma üzrə kişilər arasında fərdi 1/32 seçmə mərhələsində saat 15:44-də Azərbaycan təmsilçisi gücünü sınayıb. Ölkəmizi təmsil edən Roman Vengerov fransalı Lukas Daniellə üz-üzə gəlib. Fransa təmsilçisi 4:0 hesabı ilə təmsilçimizə qalib gəlib.

15:02

Kamandan oxatma üzrə kişilər arasında fərdi 1/32 seçmə mərhələsində daha bir Azərbaycan təmsilçisi çıxış edib. Saat 14:26-da başlayan görüşdə oxatanımız Taras Senyuk Lüksemburq təmsilçisi Cef Henkels ilə yarışıb. 4 hissədə rəqibi ilə bərabər hesabda irəliləyən təmsilçimiz sonda Lüksemburq oxatanından 2 xal geriləyib. Görüş 6:4 C.Henkelsin qələbəsi ilə başa çatıb.

11:52

Tofiq Bəhramov adına Respublika Stadionunda kamandan oxatma üzrə 1/32 final mərhələsində kişilərin fərdi yarışı başlayıb. Azərbaycan təmsilçisi Aleksey Kopnin ilə Rusiya oxatanı Bair Tsybekdorzhiev qarşılaşıb. Yarışda 2 hissədə hesab bərabər olsa da, rusiyalı idmançı sonda 6:2 hesabı ilə qalib gəlib.

09:52

Bu gün Bakı 2015 İlk Avropa Oyunları çərçivəsində kişilər arasında kamandan oxatma üzrə yarışların 1/32 final görüşləri başlayıb.

Publika.az xəbər verir ki, Azərbaycanı bu yarışlarda Roman Vengerov, Taras Senyuk və Aleksey Kopnin təmsil edəcəklər.

İlk təmsilçimiz saat 11:36-da yarışa qatılacaq. Rusiyalı Bair Tsibekdorjiyevlə qarşılaşacaq Aleksey Kopnin reytinq mərhələsini 301 xalla 57-ci yerdə tamamlamışdı.

Reytinq mərhələsində 328 xalla 45-ci olan Taras Senyuk lüksemburqlu Ceff Henke llə üz-üzə gələcək. Rəqiblərin mübarizəsi saat 14:26-da başlayacaq.

314 xalla 50-ci olan Roman Vengerovun rəqibi isə fransalı Lukas Danieldir. Saat 15:44-də hədəf önünə keçəcək idmançılar qalibi müəyyənləşdirəcək.

Qeyd edək ki, 1/16 final mərhələsi iyunun 22-də keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm