• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Çimərlik voleybolu yarışlarına yekun vuruldu – YENİLƏNİB

Çimərlik voleybolu yarışlarına yekun vuruldu – YENİLƏNİB

İyunun 20-də “Bakı-2015” birinci Avropa Oyunlarının çimərlik voleybolu yarışlarına yekun vurulub. İsveçrənin qadın çimərlik voleybolçuları birinci Avropa Oyunlarının çempionu olublar.

Avropa Oyunları Parkında təşkil olunan yarışın yarımfinalında avstriyalı Katarina Şutzenhofer-Lena Mariya Plesiutşniq dueti litvalı voleybolçular Yeva Dumbauskaite–Monika Povilaitite, İsveçrəni təmsil edən Nikola Eyholzer–Nina Betşart cütlüyü isə italiyalı Laura Giombini – Culia Totiyə 2:0 hesabı ilə qalib gələrək həlledici mərhələyə adlayıblar.

Qadın çimərlik voleybolçuları arasında üçüncü yer uğrunda görüşdə litvalı voleybolçular Yeva Dumbauskayte–Monika Povilaitite italiyalı Laura Giombini – Culia Toti cütlüyünə 2:0 (21:19 və 21:19) hesabı ilə qalib gələrək bürünc medallara sahib olublar.

Azarkeşlər final görüşündə də gərgin və maraqlı qarşılaşmanın şahidi olublar. İsveçrəli Nikola Eyholzer–Nina Betşart duetinin Avstriyanı təmsil edən Katarina Şutzenhofer-Lena Mariya Plesiutşniq cütlüyü ilə görüşündə ilk set birincilərin üstünlüyü ilə başa çatıb – 21:16. İkinci setdə isə avstriyalı idmançılar 14:21 hesabı ilə üstün olduqlarından qalibi müəyyənləşdirmək üçün əlavə hissə oynanılıb. Əlavə olunan hissədə 15:13 hesabı ilə qalib gələn isveçrəli atletlər birinci Avropa Oyunlarında çempionluq sevincini yaşayıblar.

16:43

Çimərlik voleybolu yarışları davam edir. Kişilərin yarışında 1/8 final mərhələsinin oyunları keçirilir.

Mübarizəni davam etdirən yeganə Azərbaycan cütlüyü olan Neylton Santos və Yaroslav Rudik bu mərhələdə oyunlarını keçiriblər. Təmsilçilərimiz Martins Plavins - Haralds Reqzadan ibarət Latviya komandası ilə üz-üzə gəliblər. Gərgin keçən mübarizə millimizin 1:2 hesablı (22:20, 16:21, 13:15) məğlubiyyəti ilə nəticələnib. Bununla sonuncu komandamız da mübarizəni dayandırıb.

Qeyd edək ki, buna qədər Azərbaycanın digər təmsilçisi Bernardo Romano - Leonid Qritsay cütlüyü, həmçinin qadınların yarışında iştirak edən Vivyan Kunya - Zinaida Lyubimova və Yuliya Kərimova - Rakel Ferreyra cütlükləri də mübarizəni erkən dayandırmışdılar.

10:41

Bakı 2015 I Avropa Oyunlarının çimərlik voleybolu yarışlarında mübarizə get-gedə gərginləşir.

Publika.az xəbər verir ki, bu gün daha 16 matç keçiriləcək. Kişilərin yarışında 1/8 final mərhələsinin ardından 1/4 final oyunları da baş tutacaq.

Mübarizəni davam etdirən yeganə Azərbaycan cütlüyü Neylton Santos/Yaroslav Rudik də yarımfinaladək irəliləməyə çalışacaq. Təmsilçilərimiz bunun üçün latviyalılara qalib gəlməlidir.

Qadınların yarışında isə həlledici matçlar baş tutacaq. Bü gün həm yarımfinal, həm 3-cü yer uğrunda matç, həm də final oyunları olacaq.

Çimərlik voleybolu

Kişilər

1/8 final

Martins Plavins/Haralds Reqza (Latviya) - Neylton Santos/Yaroslav Rudik (Azərbaycan) 2:1 (20:22, 21:16, 15:13)

Aleksandr Kavalenka/Aleksandr Dziadku (Belarus) - Peter Kildeqard/Kristoffer Abell (Danimarka) 2:0 (21:18, 21:16)

Tobias Vinter/Lorens Peter Petutşniq (Avstriya) - Maçey Rudol/Maçey Kosyak (Polşa) 2:0 (21:17, 21:19)

Aleksey Strasser/Qabriel Kisslinq (İsveçrə) - Robert Kufa/Yan Dumek (Çexiya) 2:0 (21:18, 21:18)

Aleks Rangieri/Enriko Rossi (İtaliya) - Premisl Kubala/Yan Hadrava (Çexiya) 1:2 (21:12, 19:21, 13:15)

Marko Krattiger/Sebastian Çevallier (İsveçrə) - Yannik Salvetti/Jan-Baptiste Doqer (Fransa) 2:1 (15:21, 21:15, 17:15)

Sean Faiqa/Ariel Hilman (İsrail) - Aleksandr Solovey/Ruslan Sorokins (Latviya) 2:0 (21:14, 21:15)

Paolo İnqrosso/Matteo İnqrosso (İtaliya) - Yaroslav Koşkarev/Dmitri Barsyuk (Rusiya) 1:2 (20:22, 21:15, 6:15)

17:00. 1/4 final

18:00. 1/4 final

19:00. 1/4 final

20:00. 1/4 final

Qadınlar

1/4 final

Yeva Dumbauskayte/Monika Povilaytite (Litva) – Maria Lena Plesiutşniq/ Katarina Şutzenhofer (Avstriya) 0:2 (18:21, 18:21)

Nikole Eholzer/Nina Betşart (İsveçrə) - Laura Ciombini/Qiulia Toti (İtaliya) 2:0 (21:11, 22:20)

21:00. 3-cü uer uğrunda oyun

22:00. Final

Xəbər lenti

DAHA ÇOX XƏBƏR