Bakı-2015: idman gimnastikası yarışlarına yekun vuruldu - YENİLƏNİB
Bizi izləyin

Bakı 2015

Bakı-2015: idman gimnastikası yarışlarına yekun vuruldu - YENİLƏNİB

Bakı-2015 I Avropa Oyunlarının idman gimnastikası yarışlarına yekun vurulub.

Publika.az xəbər verir Milli Gimnastika Arenasında 14 dəst medalın sahibi məlum olub.

Avropa oyunlarının 42 medalını 12 ölkədən olan gimnastlar qazanıb. Hesabında 1 qızıl, 2 gümüş və 2 bürünc medal olan yığmamız Rusiya, İsveçrə, Ukrayna və Almaniyadan geri qalıb. Şimal qonşularımız 11 medalla bütün rəqiblərindən böyük fərqlə üstün olub.

19:40

İdman gimnastikası yarışlarında kişilər arasında paralel qollar üzrə qaliblərin adı bəlli olub. Həmyerlimiz Oleq Stepko 15,733 xalla I Avropa Oyunlarının qızıl medalını qazanıb. Bununla da idmançımız medalların sayını 5-ə çatdırıb. İkinci yeri 15,700 xalla Rusiya idmançısı David Belyavskiy qazanıb. Bürünc medalı isə 15,600 xalla Rumıniya idmançısı Marius Berbekar qazanıb.

***

İdman gimnastikası yarışlarında qadınlar arasında sərbəst hərəkətlər üzrə qaliblər məlum olub. İsveçrə idmançısı Giulia Steinqruber 14,266 xalla fəxri kürsünün ən yüksək pilləsini tutub. Rusiyalı gimnast Aliya Mustafina cüzi fərqlə - 14,200 xalla ikinci olub. Bürünc medalı isə 13,800 xalla Hollandiya təmsilçisi Lieke Vevers qazanıb. - See more at: http://axar.az/news/55826#sthash.WXmMm8X3.dpuf

18:25

Dayaqla tullanmada hakimlər idmançımızın ilk cəhdini 14,933, 2-ci yanaşmasını 15,000 xalla qiymətləndirib. Ümumi nəticədə 14,966 xal yığan Stepko 3-cü yeri tutaraq, növbəti dəfə fəxri kürsüyə yüksəlib. Bu bürünc medal onun Bakı-2015-də 4-cü, yığmamızın 32-ci mükafatı olub. O, ukraynalı Oleq Vernyayev (15,266) və hollandiyalı Kazimir Şmidtdən (15,166) geri qalıb.

17:57

Ellada təmsilçisi qızıl qazandı

İdman gimnastikası yarışlarında kişilərin halqalar üzrə mübarizəsində qaliblər bəlli olub.

Publika.az xəbər verir ki, qızıl medalı yunanıstanlı Petrounias Eleftherios qazanıb. O, 15,633 xal toplayaraq oyunların qızıl medalını qazanıb. Ikinci yeri isə rusiyalı gimnast Nikita İqnatyev tutub. Bürünc medalı isə türkiyəli idmançı İbrahim Çolak qazanıb. Həmyerlimiz Oleq Stepko göstərdiyi nəticə ilə 4-cü olub.

İdman gimnastikası yarışlarında qadınlar arasında müxtəlif hündürlüklü qollar üzrə I Avropa Oyunlarının qalibləri məlum olub.

Qızıl medalı gözlənildiyi kimi, olimpiya oyunlarının qalibi, rusiyalı idmançı Aliya Mustafina qazanıb. O, 15,400 xal toplayaraq bütün rəqiblərini geridə qoyub. İkinci yeri isə 15,200 xalla almaniyalı gimnast Sofie Şeder qazanıb. Rumıniya idmançısı İridon Andrea 12,800 xalla bürünc medalı qazanıb.

16:51

İdman gimnastikasında final yarışları davam edir.

Publika.az xəbər verir ki, qadınlar arasında keçirilən dayaqla tullanma yarışlarının qalibləri məlum olub. İsveçrəli idmançı Giulia Steinqruber 14,999 xalla bütün rəqiblərini qabaqlayaraq Avropa Oyuunlarının qızıl medalını qazanıb. Gümüş medalı isə Rusiya idmançısı, əslən erməni olan Seda Tutxalyan qazanıb. O, 14,683 xal toplaya bilib. Bürünc medalın sahibi isə Hollandiya idmançısı olub. 18 yaşlı Lisa Top 14,016 xal toplayaraq turniri üçüncü başa vurub.

İdman gimnastikası üzrə kişilər arasında keçirilən gimnastika atı yarışlarının qalibləri məlum olub.

Publika.az xəbər verir ki, qızıl medalı 14,966 xalla Slovakiya idmançısı Saso Bertonlej qazanıb. Turnirin gümüş medalını isə həmyerlimiz Oleq Stepko qazanıb. Idmançımız 14,600 xallıq nəticə göstərərək Avropa Oyunlarının gümüş medalına sahiblənib.

Üçüncü yeri isə Böyük Britaniya idmançısı qazanıb. Brinn Bevan 14,200 xal toplayaraq bürünc medalla kifayətlənib.

16:32

İdman gimnastikası üzrə kişilər arasında sərbəst hərəkətlər yarışlarının qalibi bəlli olub.

Publika.az xəbər verir ki, İspaniya təmsilçisi Zapata Santana 15,333 xal toplayaraq I Avropa Oyunlarının qızıl medalını qazanıb.

İkinci yeri 15,100 xalla 27 yaşlı Almaniya təmsilçisi Fabian Hambuexen tutub. Bürünc medalı isə 1500 xalla Rusiya idmançısı David Belyavski qazanıb.

16:11

Azərbaycanı Bakı 2015 I Avropa Oyunlarında təmsil edən Oleq Stepko bu gün idman gimnastikası üzrə daha 4 medal uğrunda mübarizə aparacaq.

Publika.az xəbər verir ki, 21 yaşlı idmançı əvvəlcə gimnastika atında məharətini göstərəcək. Saat 16:30-da başlanacaq final mərhələsində onun rəqibləri Slavomir Miçnak (Slovakiya), Oleq Vernyayev (Ukrayna), David Belyavski (Rusiya), Brinn Bevan (Böyük Britaniya) və Saso Bartonsel (Sloveniya) olacaq.

Saat 17:24-də O.Stepko halqalarla hərəkət üzrə final mərhələsində çıxış edəcək. Rəqiblər Nikita İqnatyev (Rusiya), İqor Radivilov (Ukrayna), İbrahim Colak (Türkiyə), Gilom Auqulyaro (Fransa) və Elefterios Petrunias (Yunanıstan) olacaq.

Saat 17:51-də başlanacaq dayaqla tullanma yarışının final mərhələsində rəqiblər Kazimir Şmidt (Hollandiya), Ferhat Arıcan (Türkiyə), Kristian Bataqa (Rumıniya), Tomi Tuuha (Finlandiya) və Oleq Vernyayev (Ukrayna) olacaq.

Saat 18:52-də paralel qollarda final mərhələsi başlanacaq. O.Stepko bu dəfə Aksel Oqis (Fransa), Ferhat Arıcan (Türkiyə), Oleq Vernyayev (Ukrayna), Mariuş Berbekar (Rumıniya) və David Belyavski (Rusiya) ilə yarışacaq.

Qeyd edək ki, Oleq Stepko “Bakı 2015”də fərdi çoxnövçülükdə gümüş, komanda yarışında isə bürünc medal qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm