Uduzan oxatan: “Əslində yaxşı nəticə göstərdim”
Bizi izləyin

Bakı 2015

Uduzan oxatan: “Əslində yaxşı nəticə göstərdim”

Kamandan oxatma üzrə 1/32 final mərhələsində kişilərin fərdi yarışında rusiyalı Bair Tsybekdorzhievə məğlub olan Azərbaycan təmsilçisi Aleksey Kopnin keçirdiyi yarış barədə təəssüratlarını Publika.az-la bölüşüb:

“Rusiyalı idmançıya uduzub mübarizəmi dayandırsam da, amma yaxşı nəticə göstərdim. Öz yarışımı bəyəndim. O da yaxşı atdı, mən də. Amma bir az xal çatmadı ki, mən onu uda bilim. Aramızdakı 4 xal fərqi əslində elə də böyük deyil. Çox həyəcanlanmışdım, azarkeşlər “vur, vur” qışqırırdı. Əlimdən gələni elədim ki, qalib olum, amma alınmadı. İnanıram ki, digər oxatanlarımız yaxşı nəticə göstərib rəqiblərini uda biləcəklər”.

11 ildir kamandan oxatma ilə məşğul olduğunu deyən A.Kopnin 4 ildir daha müntəzəm fəaliyyət göstərdiyini bildirir. O, bundan öncəki nəticələrindən də danışıb:

“Respublika çempionu da olmuşam, Gürcüstandakı yarışda 1-ci yeri tutmuşuq. Avropada 72 nəfər oxatan arasında 9-cu yerə yüksəlmişəm. Ən yaxşı nəticəni İslam Həmrəyliyi Oyunlarındakı gümüş medalı sayıram. Komanda yarışında 2-ci yerə çıxdıq, sonra Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdük, bizi təbrik elədi”.

Azərbaycan dilində danışan A.Kopnin milliyyətcə azərbaycanlı olduğunu söyləyib: “Bakıda doğulmuşam və burada yaşamışam, atam rus, anam azərbaycanlıdır”.

Nərgiz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm