Taekvondo çempionumuz mükafatlandırıldı
Bizi izləyin

Bakı 2015

Taekvondo çempionumuz mükafatlandırıldı

Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakı 2015 I Avropa Oyunlarının mükafatçıları ilə növbəti ənənəvi görüş keçirilib.

Publika.az xəbər verir ki, görüşdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev və Olimpiya çempionu Nazim Hüseynov iştirak edib. Görüşdə iyunun 19-da - yarışların 8-ci günündə fəxri kürsüdə öz yerlərini almış idmançı da iştirak edib.

Xatırladaq ki, ötən gün millimiz 1 medal qazanıb. Qızıl mükafat əldə edən taekvondoçu Radik İsayev (+80 kq) MOK rəsmiləri tərəfindən mükafatlandırılıb.

Tədbirdə çıxış edən Çingiz Hüseynzadə Avropa Oyunlarında uğur qazanan hər bir idmançımızı təbrik edib və Azərbaycanın qazandığı medal sayından məmnun qaldıqlarını deyib.

Sonda Radik İsayev xüsusi şərəf lövhəsinə imza atıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm