• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Elvin Məmişzadə: "Özümü qızıl medala kökləmişəm" - FOTOLAR

Elvin Məmişzadə: "Özümü qızıl medala kökləmişəm" - FOTOLAR

Avropa Oyunlarının boks yarışlarında Azərbaycanı 52 kiloqram çəki dərəcəsində təmsil edən Elvin Məmişzadə irlandiyalı rəqibi üzərində qazandığı qələbədən sonra təəssüratlarını bölüşüb.

Publika.az-a açıqlama verən boksçu onu dəstəkləyən azarkeşlərə öz minnətdarlığını bildirib:

"İlk döyüşüm olduğu üçün bir qədər çətin oldu. Amma qalib gəldiyimə görə çox sevinirəm. Tamaşaçılara minnətdaram. Arenaya gələn hər kəsə çox sağ ol deyirəm".

Boksçu daha sonra Avropa Oyunlarındakı iddiasından danışıb: "Əlbəttə ki, məqsədim birincilikdir. Özümü konkret qızıl medala kökləmişəm. Amma nəticə nə olur-olsun, əlimdən gələni edəcəm".

Rəqibləri haqqında danışan təmsilçimiz növbəti görüşlərin daha çətin keçəcəyini bildirib:

"Mənim öz döyüş üslubum var. Rəqibim kim olur-olsun, açıq döyüş üslubu mənim üçün daha rahatdır. Növbəti döyüşüm ispan boksçusuna qarşı olacaq. Avropa və Dünya çempionatında nəticələri olan idmançıdır. Amma mən ona qalib gələcəyimə inanıram".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR