Roman: “Əlimdən gələni etdim, amma alınmadı”
Bizi izləyin

Bakı 2015

Roman: “Əlimdən gələni etdim, amma alınmadı”

Kamandan oxatma üzrə kişilər arasında fərdi 1/32 seçmə mərhələsində fransalı Lukas Danielə uduzan Azərbaycan təmsilçisi Roman Vengerov döyüş təəssüratlarını Publika.az-la bölüşüb.

Onun sözlərinə görə, rəqibi çox güclü idi: “Qələbə çalmaq üçün əlimdən gələni etdim, amma alınmadı. Buna görə məyusam”.

İdmançı qeyd edib ki, Avropa Oyunlarında hər şey yüksək səviyyədə keçirilir:

“Mən bir çox yarışlarda iştirak etmişəm, amma birinci dəfədir bu səviyyədə təşkilatçılıq görürəm. İdmançılar qaldıqları Atletlər Kəndindən razılıq edir”.

Qeyd edək ki, Azərbaycanı bu yarışlarda təmsil edən üç idmançı - Roman Vengerov, Taras Senyuk və Aleksey Kopnin rəqibinə məğlub olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm