Bakı-2015: Bu günün proqramı
Bizi izləyin

Bakı 2015

Bakı-2015: Bu günün proqramı

Bu gün Bakı-2015 I Avropa Oyunları çərçivəsində 13 idman növü üzrə yarışlar keçiriləcək.

Publika.az-ın məlumatına görə, yarışların 10-cu günündə rekord sayda - 25 dəst medal uğrunda mübarizə gedəcək. Öz sahibinə çatacaq 25 medal dəsti 10 növə təsadüf edəcək. Qalibləri bəlli olacaq növlərdən 8-də yarışlara yekun vurulacaq.

Milli Gimnastika Arenasında 4 növ üzrə yarışlar yekunlaşacaq. Bu idman qurğusundakı son gündə aerobikada 2, akrobatikada 4, bədii gimnastikada 4, batut gimnastikasında 6 dəst medal uğrunda mübarizə yaşanacaq.

Komanda idman növləri – su polosu, çimərlik voleybolu, həmçinin velosiped şossesində sonuncu mükafatçılar bəlli olacaq. Suyatullanmada isə son 2 növ üzrə mükafatçılar bəlli olacaq.

Hələ davam edəcək kamandan oxatmada 1, atıcılıqda 3 dəst medal oynanılacaq. Boks və voleybol yarışlarında isə növbəti qarşılaşmalar baş tutacaq.

21 iyun

08:45. Atıcılıq

Kişilər arasında 50 metrdən 3 vəziyyətdə tüfəng ilə atəş

Kişilər arasında dairəvi stend

Kişilər arasında 25 metrdən tapança ilə sürətli atəş

Bakı Atıcılıq Mərkəzi

09:00. Kamandan oxatma

Qadınlar, 1/16 final, 1/8 final, 1/4 final, 1/2 final, final

Tofiq Bəhramov adına Respublika stadionu

09:00. Suyatullanma

Qadınlar, 3 m tramplin

Kişilər, platforma

Bakı Su İdmanı Mərkəzi

09:00. Voleybol

Qadınlar, A qrupu

Belçika - Polşa

Bakı Kristal Zalı

10:00. Batut gimnastikası

Kişilər

Qadınlar

Kişilər, sinxron hərəkətlər

Qadınlar, sinxrom hərəkətlər

Milli Gimnastika Arenası

10:00. Çimərlik voleybolu

Kişilər

Yarımfinal, 3-cü yer uğrunda oyun, final

Çimərlik Arenası

10:00. Şosse velosipedi idmanı

Kişilər, şosse yarışı

10:05. Aerobika

Qarışıq cütlük

Final

Milli Gimnastika Arenası

11:00. Voleybol

Qadınlar, B qrupu

Hollandiya - Bolqaristan

Bakı Kristal Zalı

11:10. Aerobika

Qruplar

Final

Milli Gimnastika Arenası

12:30. Boks

1/8 final

Qadınlar, 60 kq

Kişilər, 64 kq, 69 kq, 75 kq, 91 kq

Bakı Kristal Zalı

13:00. Su polosu

Kişilər, 7-ci yer uğrunda

Almaniya - Macarıstan

Vaterpol Arenası

14:30. Bədii gimnastika

Ayrı-ayrı alətlərlə fərdi yarışlar

Qrup hərəkətləri

Milli Gimnastika Arenası

14:30. Su polosu

Kişilər, 5-ci yer uğrunda

Rusiya - İtaliya

Vaterpol Arenası

14:30. Voleybol

Qadınlar, A qrupu

İtaliya – Rumıniya

Bakı Kristal Zalı

14:35. Akrobatika

Qarışıq cütlük

Temp hərəkətləri

Final

Milli Gimnastika Arenası

16:00. Atletika

Bakı Olimpiya stadionu

16:05. Akrobatika

Qadınlar arasında qrup

Balans hərəkətləri

Final

Milli Gimnastika Arenası

16:30. Voleybol

Qadınlar, B qrupu

Xorvatiya - Almaniya

Bakı Kristal Zalı

17:30. Akrobatika

Qarışıq cütlük

Balans hərəkətləri

Final

Milli Gimnastika Arenası

18:00. Su polosu

Kişilər, 3-cü yer uğrunda

Xorvatiya - Yunanıstan

Vaterpol Arenası

18:25. Akrobatika

Qadınlar arasında qrup

Temp hərəkətləri

Final

Milli Gimnastika Arenası

19:30. Su polosu

Kişilər, 1-ci yer uğrunda

İspaniya - Serbiya

Vaterpol Arenası

20:00. Voleybol

Qadınlar, A qrupu

Türkiyə - Azərbaycan

Bakı Kristal Zalı

22:00. Voleybol

Qadınlar, B qrupu

Rusiya – Serbiya

Bakı Kristal Zalı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm