Şose velosipedi: Kişilərin yarışını ispan qazandı, Cəbrayılov finişə çatmadı - YENİLƏNİB
Bizi izləyin

Bakı 2015

Şose velosipedi: Kişilərin yarışını ispan qazandı, Cəbrayılov finişə çatmadı - YENİLƏNİB

124 idmançının start xəttinə çıxdığı yarış iştirakçıları Azadlıq Meydanında finiş xəttinə çatıb. Azərbaycan bu növdə 3 idmançı ilə təmsil olunub. Lakin onlardan yalnız ikisi start xəttinə çıxıb. Bunlar Elçin Əsədov və Samir Cəbrayılovdur. Onlardan fərqli digər velosipedçimiz Maksim Averin yarışa qatılmayıb.

Lakin Cəbrayılov finişə çata bilməyib. Məsafəni 5 saat 42 dəqiqə 25 saniyəyə qət edən Əsədov isə 55-ci olub.

Qeyd edək ki, yarışın qalibi adına ispaniyalı Luis Leon Sançes Xil yiyələnib. O, finişə 5 saat 27 dəqiqə 25 saniyəyə çatıb.

11:51

I Avropa Oyunları çərçivəsində şose velosipedi yarışı bu gün yekunlaşacaq.

Publika.az xəbər verir ki, kişilər arasında keçriləcək yarışlarda Azərbaycanı Elçin Əsədov, Maksim Averin və Samir Cəbrayılov təmsil edəcək.

Ümumilikdə qızıl medal uğrunda 125 velosipedçi mübarizə aparacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm