• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Suya tullanma: Britaniya idmançısı qalib oldu - YENİLƏNİR

Suya tullanma: Britaniya idmançısı qalib oldu - YENİLƏNİR

Platformadan suya tullanma yarışında qızıl medalı Böyük Britaniya atleti Matthev Lee (588.25) qazanıb. Gümüş medala rusiyalı Nikita Şleyxe (556.55), bürünc medala isə fransalı Aleksis Jandard (526.20) layiq görülüb.

Azərbaycan idmançısı Artyom Danilov yarışı 438.25 xalla 8-ci pillədə başa vurub.

20:23

Qadınlar arasında üç metr hündürlüyündə tramplindən suya tullanma yarışında qızıl medalı Böyük Britaniya atleti Katerin Torrans (448.25) qazanıb.

Gümüş medalı rusiyalı idmançı Yekaterina Nekrasova (443.05), bürünc medalı isə almaniyalı Saskia Oettinghaus (418.35) əldə ediblər.

Bir qədər sonra kişilər arasında platformadan suya tullanma yarışının final mərhələsi başlayacaq. Finalda Azərbaycanı Artyom Danilov təmsil edəcək.

16:03

Qadınların yarışında Olqa Bıkovskaya çıxış edib. Platformada 11-ci, 1 metrlik tramplində 27-ci olan idmançımız bu dəfə də uğursuz nəticə göstərib. 328,15 xal yığan təmsilçimiz 28 iştirakçı arasında 26-cı olub. Final mərhələsinə yüksələn 12 idmançı arasına düşə bilməyən Olqa Avropa Oyunlarında çıxışlarını başa vurub.

Kişilərin mübarizəsində isə Artyom Danilov çıxış edib. 1 metrlik tramplində 8-ci, 3 metrlik tramplində 17-ci olan təmsilçimiz platformada qüvvəsini sınayıb. 10 cəhdin yekununda 407,45 xal yığan idmançımız təsnifat mərhələsində 10-cu olub. Bununla da Artyom saat 20:15-də başlayacaq final mərhələsinə yeksəlib.

13:40

Qadınlar arasında 3 metr tramplindən tullanma yarışının ilk mərhələsində çıxış edən Olqa Bikovskaya final mərhələsinə vəsiqə qazana bilməyib. O, 328.15 xalla siyahıda 26-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, final mərhələsi bu gün saat 19:00-da start götürəcək. Son yarış günündə 2 medal dəsti öz sahibini tapacaq.

12:37

Bu gün I Avropa Oyunları çərçivəsində qadınlar arasında suya tullanma yarışlarının final mərhələsinə start götürülüb.

Publika.az xəbər verir ki, Azərbaycanı bu yarışlarda Olqa Bikovskaya təmsil edir.

Bu gün həmçinin kişilər arasında suya tullanma yarışlarının final mərhələsi də baş tutacaq.

Bu mübarizədə ölkəmizi Artyom Danilov təmsil edəcək. Bu idman növündə 2 dəst medal oynanılacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR