Aerobika gimnastikası yarışları başa çatdı - YENİLƏNİB
Bizi izləyin

Bakı 2015

Aerobika gimnastikası yarışları başa çatdı - YENİLƏNİB

Aerobika gimnastikası yarışlarında qruplar üzrə medalçıların adları məlum olub.

Qızıl medalı 21,144 xal toplayan Macarıstan yığması qazanıb. 21,094 xal toplayan Rumıniya ikinci, 20,933 xal toplayan İspaniya yığması isə üçüncü olub.

11:03

Bu gün I Avropa Oyunları çərçivəsində aerobika gimnastikası üzrə qarışıq cütlüklər arasında final yarışları keçirilib.

Publika.az xəbər verir ki, yarışlarda Rusiya, İtaliya, Fransa, İspaniya, Macarıstan və Rumıniyadan 6 cütlük iştirak edib. Artıq qaliblər də məlumdur. Bu növdə qızıl medalı 21,150 xalla İspaniya millisi qazanıb. İkinci yeri 21,050 xalla İtaliya, üçüncü yeri isə 20,500 xalla Rusiya yığması qazanıb.

Bu gün, həmçinin aerobika gimnastikası üzrə qruplar arasında final mərhələsi baş tutacaq.

Ümumilikdə bu idman növündə 2 dəst medal oynanılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm