Bürünc medalçımız: “Həyat yoldaşım və uşağımı görməmişəm...”
Bizi izləyin

Bakı 2015

Bürünc medalçımız: “Həyat yoldaşım və uşağımı görməmişəm...”

Batut gimnastikasında ölkəmizə bürünc medal qazandıran İlya Qrişunin təəssüratlarını bölüşüb.

Publika.az xəbər verir ki, 26 yaşlı idmançı ailəsinin bu uğuruna sevindiyini deyib:

“Şadam ki, medal qazanmaqla məşqçilərin və federasiya rəhbərliyinin etimadını doğrultdum. Hələlik həyat yoldaşım və uşağımı görməmişəm. Əminəm ki, onlar da çox şad olacaqlar. Anam mənim çıxışımı evdən, televiziya vasitəsilə izlədi. Yəqin ki, bu uğurum onu da sevindirib”.

Qrişunin bildirib ki, medalçılar sırasına düşməyi əvvəlcədən qarşısına məqsəd qoyub:

“Psixoloji baxımdan yarışa yaxşı hazırlaşmışdım. Nə bacarırdımsa, etdim. Nəticə də özünü çox gözlətmədi. Medal uğrunda əsas rəqibim fransalı idmançı idi. O məni qabaqlamaq üçün çıxışını səhvsiz yerinə yetirilməli idi. Çıxışının sonunda səhv buraxdı və mən də bunu hiss etdim. Bundan sonra şübhə etmədim ki, o mənə qalib gələ bilməyəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm