İspan millisi: “Möhtəşəm keçdi”
Bizi izləyin

Bakı 2015

İspan millisi: “Möhtəşəm keçdi”

Aerobika yarışlarında qızıl və bürünc medal qazanan İspaniya millisiNİN üzvləri fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, yarışların yüksək səviyyədə keçdiyini deyən pireneylilər komandanın ümumi nəticəsindən razı qalıblar:

“Yarışlar möhtəşəm keçdi. Komandamız bu gün iki medal qazandı. Baş məşqçimizin ümidlərini doğrultmuşuq, buna görə sevinirik. Yarışlar barədə onu deyə bilərik ki, hər şey yüksək səviyyədədir. Sizin ölkədə idmançılar üçün əla şərait yaradılıb”.

Xatırladaq ki, İspaniya millisi bu gün aerobika yarışlarının qarışıq cütlüklər üzrə finalında qızıl, qruplar üzrə yarışda isə bürünc medal qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm