Qızılsız qalan İtaliya: “Bu, belə də olmalı idi”
Bizi izləyin

Bakı 2015

Qızılsız qalan İtaliya: “Bu, belə də olmalı idi”

Aerobika gimnastikası yarışlarında qruplar üzrə finalda medalsız qalan İtaliya yığması təəssüratlarını bölüşüb.

Publika.az xəbər verir ki, nəticədən narazı qalan apenninlilər rəqiblərin çox güclü olduğunu əsas gətiriblər:

“Bizim çıxışımız qənaətbəxş idi. Demək olar ki, heç bir səhvə yol vermədik. Lakin rəqiblərin hədsiz güclü olduğunu etiraf etmək lazımdır. Macarıstan, Rumıniya və İspaniya gözlənilməz çıxış etdilər və məntiqi nəticə ilə medalları qazandılar. Biz ümidimizi itirmirik. Bu turnirin çox çətin keçəcəyini təxmin etmişdik. Bu, belə də olmalı idi”.

Xatırladaq ki, İtaliya millisi aerobika gimnastikasının qarışıq cütlük finalında gümüş medalı qazana bilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm