Su polosu: Serbiya komandası qalib gəldi – YENİLƏNİR
Bizi izləyin

Bakı 2015

Su polosu: Serbiya komandası qalib gəldi – YENİLƏNİR

“Bakı-2015” birinci Avropa Oyunlarında kişilər arasında su polosu yarışları başa çatıb. Birinci Avropa Oyunlarının qalibi adını Serbiya milli komandası qazanıb.

Serbiya millisi finalda İspaniya yığması ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə serbiyalılar 8:7 hesabı ilə qalib gələrək qızıl medallara sahib olublar.

Bürünc medal uğrunda mübarizədə isə Yunanıstan milli komandası 11:10 hesabı ilə Xorvatiya yığması üzərində qələbə qazanaraq üçüncü yeri tutub.

Yarışların sonuncu günündə 5-6-cı yerlər uğrunda görüşdə İtaliya millisi Rusiya yığmasını 11:6 hesabı ilə məğlub edib. Bundan başqa, 7-8-ci yerlər uğrunda qarşılaşmada isə Macarıstan komandası Almaniya üzərində 15:6 hesabı ilə qələbə qazanıb.

Kişilər arasında su polosu yarışlarında sonrakı yerləri müvafiq olaraq, Monteneqro, Fransa, Slovakiya, Rumıniya, Türkiyə, Azərbaycan, Ukrayna və Malta kollektivləri tutub.

20:01

Yunanıstan komandası su polosu üzrə kişilərin yarışında Xorvatiya kollektivinə 11:10 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.

Hazırda İspaniya və Serbiya komandaları qızıl medal uğrunda mübarizə aparırlar.

15:01

Bakıda I Avropa Oyunları çərçivəsində kişilər arasında su polosu üzrə oyunların son günüdür.

Publika.az xəbər verir ki, bu gün su polosu üzrə qızıl medalın sahibi bəlli olacaq. Bununla bərabər klassifikasiya mərhələsi çərçivəsində iki oyun keçiriləcək.

Klassifikasiya 7-8

Almaniya – Macarıstan 6:15

Klassifikasiya 5-6

14.30 Rusiya - İtaliya

Bürünc medal uğurunda oyun

18.00 Xorvatiya – Yunanıstan

Qızıl medal uğurunda oyun

19.30 İspaniya– Serbiya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm