• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Gümüş medallı Rumıniya: “Rio olimpiadası ərəfəsində belə bir yarış...”

Gümüş medallı Rumıniya: “Rio olimpiadası ərəfəsində belə bir yarış...”

Aerobika gimnastikasında qruplar üzrə finalda gümüş medalı qazanan Rumıniya millisi yarışlar barədə fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, medal sıralamasında 26-cı pillədə qərarlaşan rumınlar nəticənin pis olmadığını deyib:

“Belə səviyyəli turnirlərdə gümüş medalı qazanmaq da böyük uğurdur. Gimnastikanın digər növlərində də çıxış etdik. Lakin bəzi buraxdımız səhvlər medalları bizdən uzaqlaşdırdı. Lakin bu gün komandamız uğurlu çıxış etdi və gümüşü qazana bildik”.

Yaradılan şəraitdən razı qalan Rumıniya komandası buna görə təşəkkür etməyi də unutmadı:

“Bizim üçün əla şərait yaradılıb. Buna görə sizə təşəkkür edirik. Rio olimpiadası ərəfəsində belə bir yarışda iştirak etmək böyük üstünlükdür”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR