Macar gimnastlar: “Yalnız Rusiya, Azərbaycan və Almaniyadan geri qalırıq”
Bizi izləyin

Bakı 2015

Macar gimnastlar: “Yalnız Rusiya, Azərbaycan və Almaniyadan geri qalırıq”

Aerobika gimnastikasında qruplar üzrə yarışlarda qızıl medal qazanan Macarıstan yığmasının üzvləri fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, medal sıralamasında 4-cü pillədə qərarlaşan komanda nəticədən razıdır:

“Biz medal sayını bu qalibiyyətlə 15-ə çatdırmışıq. Yalnız Rusiya, Azərbaycan və Almaniyadan geri qalırıq. Bu, bizim üçün böyük nəticədir. Hələ qarşıda bir neçə yarışımız var. Gimnastika yarışları bizim üçün uğurlu keçir. Bu gün çətin mübarizənin şahidi olduq. Rumıniya və İspaniya gimnastlarını qabaqlaya bildik və birinci olduq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm