Pərviz: “Özümdə çempion olacaq potensialı görürəm”
Bizi izləyin

Bakı 2015

Pərviz: “Özümdə çempion olacaq potensialı görürəm”

"Döyüşümdən elə də razı deyiləm. Gücümün yalnız 60 faizini sərf edə bildim. Birinci görüş həmişə çətin olur. Çünki uzun müddət rinq görmürsən. Amma bundan sonrakı döyüş bir qədər asan olacaq."

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycanı boks yarışlarında təmsil edən Pərviz Bağırov (69 kq) Belarus idmançısı üzərində qazandığı qələbədən sonra deyib.

Görüş boyu tamaşaçıların dəstəyini hiss etdiyini deyən boksçu rəqibinin təcrübəli olduğunu bildirib: "Rəqibim güclü boksçudur. İki dəfə Olimpiya oyunlarında iştirak edib. Onunla 2012-ci ildə Qazaxıstanda qarşılaşmışıq, o döyüşdə də ona qalib gəlmişəm".

Növbəti döyüşə hazırlıq haqqında danışan Pərviz medal qazanmaq üçün əlindən gələcəyini söylədi:

"Bundan sonrakı döyüşü də udsam, medal şansım artır. İnşallah buna nail olacam. Özümdə çempion olacaq potensialı görürəm. Neçə illərdir bunun üçün əziyyət çəkirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm