Yana: “Bura istirahət etmək üçün gəlməmişik” - FOTOLAR
Bizi izləyin

Bakı 2015

Yana: “Bura istirahət etmək üçün gəlməmişik” - FOTOLAR

Azərbaycanı 57-60 kiloqram çəkidə təmsil edən Yana Alekseyevna 1/8 finalda Finlandiya təmsilçisi üzərində qazandığı qələbədən sonra öz qələbə təəssüratlarını bölüşüb.

Publika.az xəbər verir ki, idmançı Avropa Oyunları kimi yarışda qələbə qazanmağın çox böyük xoşbəxtlik olduğunu deyib:

"Bu oyunları təşkil edən hər kəsin qarşısında baş əyirəm. Çünki Avropa və Dünya çempionatlarından fərqli olaraq bu yarışlar daha yüksək səviyyədədir".

Döyüş haqqında da öz fikirlərini bildirən boksçu çox həyəcan keçirdiyini bildirdi:

"Həm fiziki, həm də psixoloji cəhətdən çox ağır döyüş oldu. Çünki bu boksçuya bir dəfə məğlub olmuşam. Amma bu dəfə görüşə daha yaxşı hazırlaşmışdım. Buna görə həm də məşqçim olan atama minnətdarlığımı bildirirəm. Bu mənim üçün möcüzəli qələbədir”.

Növbəti döyüşləri haqqında danışan Yana qələbə üçün əlindən gələni edəcəyini deyib:

"Növbəti rəqibim yəqin ki, rusiyalı idmançı olacaq. Çox güclü boksçudur, dünya çempionudur. Amma biz də bura istirahət etmək üçün gəlməmişik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm