Bürünc medallı ruslar: “Ən az qazandığımız bürüncdür”
Bizi izləyin

Bakı 2015

Bürünc medallı ruslar: “Ən az qazandığımız bürüncdür”

Rusiyanın aerobika gimnastikası üzrə qarışıq cütlüyü final barədə danışıb.

Publika.az xəbər verir ki, bürünc medal mükafatçısı olan Denis Solovev və Dukhik Canazyandan ibarət cütlük əldə etdikləri nəticədən razı qalmayıblar:

“Digər komanda yoldaşlarımızla müqayisədə nəticəmiz aşağıdır. Medal sıralamasında ən az qazandığımız mükafat bürüncdür. Bəzi səhvlərimiz oldu. Buna görə İspaniya və İtaliya komandaları bizi qabaqladı”.

Xatırladaq ki, bu nəticə ilə Rusiya 33 qızıl, 17 gümüş və 14 bürünc olmaqla medal sayını 64-ə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm