• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Badminton: İdmançılarımız Türkiyəyə qarşı - CANLI YAYIM - YENİLƏNİR

Badminton: İdmançılarımız Türkiyəyə qarşı - CANLI YAYIM - YENİLƏNİR

I Avropa Oyunlarında badminton yarışlarında B qrupu üzrə kişilər arasında cütlərin mübarizəsinə Azərbaycan təmsilçiləri də qoşulub. Həmyerlimiz Kənan Rzayev və Orxan Qələndərovdan ibarət cütlük, türkiyəli Əmrə Vural və Sinan Zorluya qarşı mübarizə aparırlar.

Oyunun birinci hissəsi Türkiyə badmintonçularının xeyrinə başa çatıb. Türkiyəlilər 21, Azərbaycan badmintonçuları isə 7 xal qazanıblar. Qarşılaşma 1:0 Türkiyənin üstünlüyü ilə davam edir.

İyunun 17-də Badminton Federasiyasının yeni prezidenti seçilən təhsil naziri Mikayıl Cabbarov qarşılaşmanı izləmək üçün yarışın keçirildiyi Bakı İdman Zalına gəlib. Hazırda o, Azərbaycan və Türkiyə arasında cütlərin mübarizəsini tribunadan canlı izləyir.

14:42

Hazırda Azərbaycan təmsilçisi Kənan Rzayevlə israilli Mişa Zilberman yarışır. Görüş saat 11:28-də başlayıb. Birinci hissədə İsrail təmsilçisi 21, K.Rzayev isə 5 xal toplayıb. Ümumi nəticədə idmançımız uduzub - 0:2.

09:25

Bu gün I Avropa Oyunları çərçivəsində badminton yarışlarına start verilib.

Publika.az xəbər verir ki, bu idman növü üzrə həm fərdi, həm cütlüklərin qrup yarışları keçiriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR