Atıcılıq: Dairəvi stend yarışını İtaliya qazandı - YENİLƏNİR
Bizi izləyin

Bakı 2015

Atıcılıq: Dairəvi stend yarışını İtaliya qazandı - YENİLƏNİR

Bakı-2015 Avropa Oyunlarında atıcılıq üzrə qarışıq komanda halında dairəvi stend yarışının qalibləri müəyyənləşib. Finalda Kipri 30:29 hesabı ilə məğlub edən İtaliya birinciliyə yiyələnib.

Slovakiyaya 28:25 hesabı ilə qalib gələn Fransa yığması isə üçüncü olub.

13:01

Hər üç növdə yarışlar davam etsə də, artıq Azərbaycan təmsilçiləri çıxışını başa vurub. Belə ki, tapançadan atəş açmaqda İradə Aşumova ilə Ruslan Lunyov qüvvəsini sınayıb. İdmançılarımız 473 xal toplayaraq, təsnifat mərhələsində 17 komanda arasında 10-cu yeri tutub. Komandamızın aktivinə Lunyov 240, Aşumova 233 xal yazdırıb. Bu nəticə isə təmsilçilərimiz yarımfinala yüksəlməsi üçün kifayət etməyib.

Dairəvi stenddə Emin Cəfərovla Nurlana Cəfərova hədəf önünə keçib. Onlar 87 xal toplayaraq, 11 komanda arasında sonuncu olub. Avropa Oyunlarındakı son çıxışında Emin 44, Nurlana isə 43 xal yığıb. Bununla da təmsilçilərimiz yarımfinala vəsiqə qazanmayıb.

09:43

Bu gün I Avropa Oyunları çərçivəsində atıcılıq yarışları başa çatacaq.

Publika.az xəbər verir ki, qarışıq komanda halında 10 metrdən hava tüfəngi ilə atəşaçma, 10 metrdən hava tapançası ilə atəşaçma və dairəvi stend yarışları keçiriləcək.

Qarışıq komanda halında 10 metrdən hava tapançası ilə atəş və dairəvi stend yarışlarında Azərbaycan idmançıları da iştirak edirlər.

Yarışların son günü 3 dəst medal oynanılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm