“Bakı haqda fikirlərim çox müsbətdir” – ingilis idmançı (MÜSAHİBƏ)
Bizi izləyin

Bakı 2015

“Bakı haqda fikirlərim çox müsbətdir” – ingilis idmançı (MÜSAHİBƏ)

Azərbaycanda keçirilən Birinci Avropa Oyunları yerli KIV-lə yanaşı xarici mətbuatda və sosial şəbəkələrdə də geniş müzakirə obyektinə çevrilib.


Bu isə bir daha onu göstərir ki, dünya ictimaiyyətinin diqqəti Azərbaycana yönəlib. Düzdür, Avropa Oyunları ilə bağlı yayılan xəbərlər içərisində erməni lobbisinin və onların tərəfdaşlarının maliyyəsilə qərəzli və yanlış yazılar da yer alır, qarayaxma kampaniyası aparılır. Ancaq Oyunların açılış mərasiminin möhtəşəmliyi və yarışların gündən-gündə maraqlı keçməsi həmin kampaniyaların fiaskoya uğraması ilə nəticələndi.


Xatırladaq ki, ölkəmizlə bağlı yazılan qarayaxmalarda Britaniya mediası öndə gedir: "BBC”, "The Guardian”, "Daily Telegraph”, "The Daily Mail”, "The İndependent”, "Sundy Times” və s. media orqanları xüsusi fəallıq göstərdilər. Azərbaycan mediasının araşdırmaları, ortaya çıxartdıqları faktlar bu kampaniyaya layiqli cavab olsa da, fikimizcə, ən tutarlı cavablar Bakıda bu mötəbər idman yarışına qatılan idmançılardan gəldi. Onların hər biri verdikləri müsahibələrində I Avropa Oyunlarının əsil bayrama çevrildiyini bir daha vurğuladılar.


Birinci Avropa Oyunları çərçivəsində kişilər arasında keçirilən stolüstü tennis yarışlarında gücünü sınayan və bürünc medal uğrunda yarışdan 2-4 hesablı məğlubiyyətlə ayrılan Paul Drinkhol da eyni fikirdədir. O, dünən Bakı İdman Zalında ukraynalı tennnisçi Lei Kou ilə keçirilən görüşdən sonra AzNews.azsaytına eksklüziv müsahibə verib.


Böyük Britaniyanın stolüstü tenniz üzrə idmançısının həmin müsahibəsini təqdim edirik:


BANAN DA KÖMƏYİMƏ GƏLMƏDİ


- Sizin Bakıya gələndə təbii ki, bütün idmançılar kimi ən böyük arzunuz buradan çempion kimi ayrılmaq idi. Ancaq təəssüflər olsun ki, bu istəyinizə çatmadınız. Bürünc medal uğrunda son görüşdə sizə qalib gəlməyə nə maneçilik törətdi?

- Buna qədər keçirilən görüşlərdə yaxşı performans göstərmişdim. Düzdür, finala çıxmasam da, bürünc almaq şansımı itirmək istəməzdim. Ancaq şahid oldunuz ki, istəklər çox zaman reallıqlarla üst-üstə gəlmir və mən uduzdum.


- İlk setdə qalib siz oldunuz. Hətta fasilə zamanı məşqçiniz güc toplamaq üçün sizə banan da verdi. Deyəsən, bu da köməyə gəlmədi?

- Onu yaxşı seyr edibsiniz. Mən doğrudan da fasilə zamanı banan yeyirdim və susuzluğumu yatırtmaq üçün su içirdim. Amma banan da köməyimə çatmadı. Rəqibimi ilk setdə udsam da, sonrakı 3 setdə məğlubiyyətə uğradım. 5-ci setdə isə revanş əldə etdim, ancaq bu, yetərli olmadı. Ukraynalı tennisçi 6-cı seti də qazandı və beləliklə uduzdum.


BAKI HAQDA TƏƏSSÜRATIM ƏLADIR


- Şəhərimiz haqda ilk təəssüratınız necədir?

- Nə gizlədim, Bakını gəzməyə fürsətim olmayıb, çünki bizi Atletlər Kəndindən avtobusla bura gətirirlər. Hələ başqa yerə getmək fürsəti əldə etməmişəm. Amma təəssüratım əladır, yalnız medalımı itirdim. İnanıram ki, gələcək yarışlarda medal qazanacağam.


- Bir idmançı kimi yəqin, dünyanın bir çox mötəbər idman yarışlarında iştirak etmisiniz. Bakıda keçirilən I Avropa Oyunlarını onlarla fərqləndirən cəhətlər hansılardır?

- Əslində elə bir fərq yoxdur. Yarışlar Avropanın ən inkişaf etmiş şəhərlərindəki kimi təşkil olunub. Sadəcə burada havalar istidir və oyun zamanı çox tərlədim. Bakı şəhəri tennis oynamaq üçü pozitiv bir şəhərdir.


I AVROPA OYUNLARI HAQDA FİKİRLƏRİM ÇOX MÜSBƏTDİR


- Bir çox ingilis mediası I Avropa Oyunları haqda qərəzli yazılar yazırlar. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycan və ümumiyyətlə I Avropa Oyunları haqda fikirlərim çox müsbətdir və geri qayıdanda ingilis mediasına bu haqda müsahibə verəcəyəm.


QONAQPƏRVƏRLİYİNİZİN MƏN DƏ ŞAHİDİ OLDUM


- Bir çox idmançılar Bakıya gələndə buranın havasına heyran qalır, insanlarımızın mehribançılığı və qonaqpərvərliyi haqda ağızdolusu danışırlar. Hətta, onların arasında elələri də tapılır ki, sonrakı taleyini Bakı ilə bağlayır. Bu məsələlərlə bağlı təəssüratınız nədən ibarətdir?

- Əlbəttə, qonaqpərvərliyinizin və səmimi olmağınızın mən də şahidi oldum, ancaq mənə burda qalmaq təklifi gəlsə də, onu qəbul etməyimə inanmıram, çünki bütün həyatım Britaniya ilə bağlıdır. Orda qohumlarım, dostlarım var. Mən öz ölkəmdən savayı heç bir yerdə yaşaya bilmərəm. (aznews.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm