Badmintonçumuz: “Yaxınlarım zalda məni seyr etdiyi üçün həyəcanlandım”
Bizi izləyin

Bakı 2015

Badmintonçumuz: “Yaxınlarım zalda məni seyr etdiyi üçün həyəcanlandım”

Avropa Oyunları çərçivəsində badminton yarışlarında ilk oyunda İsrail badmintonçusu Mişa Zilbermana uduzan Kənan Rzayev yarış təəssüratlarını Publika.az-la bölüşüb.

K.Rzayev birinci qarşılaşmada həyəcanlı olduğunu söyləyib:

“Bir az havalandırma sistemi mənə mane oldu, ailəm, yaxınlarım zalda məni seyr etdiyi üçün həyəcanlandım və rəqibimə uduzdum. İradlarım da vardı, hakimə bildirəndə söylədi ki, iradınız olanda dərhal deyin, təkrar videonu izləyək. Növbəti oyunlarda daha diqqətli olacağam”.

Rəqibinin güclü olduğunu deyən K.Rzayev kiçik yaşlarından badmintona maraq göstərdiyini qeyd edib:

“5-ci sinifdən etibarən badmintonla məşğulam. Ümid edirəm ki, Azərbaycanda da badminton inkişaf edəcək”.

O, növbəti oyunlarda Samuel Kali (Malta), Rosario Maddaloni (İtaliya) ilə yarışacağını söyləyib.

Təmsilçimiz bu gün Orxan Qələndərovla birgə türkiyəli Əmrə Vural və Sinan Zorluya qarşı mübarizə ilə bağlı gözləntilərini də açıqlayıb: “Bundan öncə türkiyəli idmançılarla Şimali Kiprdə keçirilən turnirdə qarşılaşmışıq. Düzdür, 1-2 hesabı ilə uduzmuşduq, amma yaxşı oyun nümayiş etdirmişdik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm