Türkiyə idmançısı: “Azərbaycanlılarla yarışı qardaşlıq mübarizəsi adlandırıram”
Bizi izləyin

Bakı 2015

Türkiyə idmançısı: “Azərbaycanlılarla yarışı qardaşlıq mübarizəsi adlandırıram”

Türkiyə idmançısı Əmrə Vural Avropa Oyunlarıyla bağlı təəssüratlarını bölüşüb. Publika.az-a açıqlamasında qardaş ölkə təmsilçisi yarış haqda da danışıb:

“Mən qarşılaşmamızı dostluq və qardaşlıq mübarizəsi adlandırmaq istəyirəm. Qoy, dostluq, güclü olan qazansın. Azərbaycanlı qardaşımızla yarışda kin, qalibiyyət inadı olmayacaq, tamaşaçılar gözəl bir oyun izləyəcəklər”.

Bakıya ilk dəfə gəldiyini söyləyən Ə.Vural paytaxtımızdan razı qaldığını deyib: “İlk Avropa Oyunlarında iştirak etdiyim üçün çox sevinirəm. Azərbaycan bizə qardaş ölkədir, fəxr edirəm ki, burada belə mötəbər tədbir keçirilir”.

“Özümü Atletlər Kəndində London Olimpiya Oyunlarındakı kimi hiss edirəm”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm