İsrail idmançısı: “Bakı sakinləri və idmançıları ilə əlaqə qurmaq daha asandır”
Bizi izləyin

Bakı 2015

İsrail idmançısı: “Bakı sakinləri və idmançıları ilə əlaqə qurmaq daha asandır”

İsrail təmsilçisi Mişa Zilberman K.Rzayev ilə mübarizəsi barədə təəssüratlarını bildirib.

Publika.az-a açıqlamasında Azərbaycan təmsilçisinin yaxşı badmintonçu olduğunu deyən Zilberman əlavə edib ki, aşağıdan hücum zamanı rəqibin boşluğunu sezib və ona qalib gəlməyi bacarıb:

“İlk Avropa Oyunları olduğuna görə özümü təzyiq altında hiss edirəm, yalnız və yalnız qələbə barədə fikirləşirəm. Əsasən sabahkı oyuna köklənmişəm. Çempion olacağıma əmin deyiləm, çünki yarışda çox güclü badmintonçular var”.

Onun sözlərinə görə, Bakı sakinləri və idmançıları ilə əlaqə qurmaq daha asandır:

“İnsanların çoxu rus dilini bilir və mən də bu dildə bilirəm, ona görə də ünsiyyət qura bilirik. İnsanların simasında təbəssüm var və hər kəsə qarşı mehribandırlar. Atletlər Kəndində özümü London Olimpiya Oyunlarındakı kimi hiss edirəm”.

Nərgiz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm