Atletika: Təmsilçimiz 5-ci oldu - CANLI YAYIM - YENİLƏNİR
Bizi izləyin

Bakı 2015

Atletika: Təmsilçimiz 5-ci oldu - CANLI YAYIM - YENİLƏNİR

Qadınlar arasında 4x400 m estafet qaçışları yekunlaşıb. İlk pilləni Slovakiya təmsilçiləri 3:35.03 nəticəsi ilə qazanıblar. 3:37.51 göstərici ilə Avstriya ikinci, 3:41.94 nəticə ilə Moldoviya üçüncü yeri tutub. Azərbaycan isə 3:44.40 ilə beşinci yerdə qərarlaşıb.

20:02

Kişilər arasında 3000 m məsafəyə qaçış yarışları yekunlaşıb. Azərbaycan təmsilçisi Hayle İbrahimov 7:54.14 göstərici ilə ilk pilləni tutub. 8:05.62 nəticə ilə avstriyalı idmançı Kou Brenton Con ikinci, 8:06.34 göstərici ilə isə Modoviya atleti Prodius Roman üçüncü olub.

19:24

Kişilər arasında 200 m məsafəyə qaçış yarışları yekunlaşıb. Slovakiya atleti Volka Yan 21.08 saniyə göstərici ilə ilk pilləni tutub. 21.29 saniyə nəticə ilə gürcüstan idmançı Kartavtsevi Nika ikinci, 21.30 saniyə nəticə ilə isə İsrail atleti Persiado İmri üçüncü olub. Təmsilçimiz Ryabikin Vadim isə 21.46 saniyə nəticə ilə beşinci yeri tutub.

X X X

Qadınlar arasında 200 m məsafəyə qaçış yarışları yekunlaşıb. İsrail atleti Olqa Lenskaya 23.40 saniyə göstərici ilə ilk pilləni tutub. 23.72 saniyə nəticə ilə slovakiyalı idmançı Bezekova Aleksandra ikinci, 23.85 saniyə nəticə ilə isə Avstriya atleti Klayser Viola üçüncü olub. Təmsilçimiz Balyanina Valeriya isə 24.81 saniyə nəticə ilə yeddinci yeri tutub.

18:42

Qadınlar arasında nüvə tullama yarışları yekunlaşıb. Montoneqro təmsilçisi Rokocevic Kristina 14.85 metr göstərici ilə birinci yeri tutub. İkinci yeri rumıniyalı Surdu Dimitriana 14.34 metr, üçüncü yeri isə 14.30 metr göstərici ilə İsrail atleti Muxayev Anastasiya tutub.

Həmyerlimiz Skidan Hanna isə 13.76 metrlik nəticə ilə beşinci yeri tuta bilib.

Kişilər arasında 800 m məsafəyə qaçış yarışları yekunlaşıb.

1:50.16 saniyə nəticə göstərən Bosniya və Herseqovina atleti Amel Tuka birinci olub.

1:51.51 saniyə nəticə ilə slovakiyalı idmançı Yozef Repcik ikinci, 1:51.91 saniyə nəticə ilə isə Moldova idmançısı İon Siuris üçüncü olub.

Təmsilçimiz Hakim İbrahimov isə 1:53.41 saniyə nəticə ilə səkkizinci yeri tutub.

18:18

Qadınlar arasında uzunluğa tullanma yarışları keçirilib.

Slovakiya təmsilçisi Veldakova Yana 6.68 metr göstərici ilə birinci yeri tutub. Malta idmançısı Kamilleri Rebekka 6.38 metr ilə göstərici ilə ikinci yerdə qərarlaşıb. Avstriya atleti Sarah Lagger isə 6.17 metrlik nəticə ilə üçüncü pilləni tutub.

Azərbaycan atleti Sarıyeva Yekaterina isə 5.69 metr göstərici ilə beşinci yeri tutub.

17:42

Qadınlar arasında 100 metr sədli məsafəyə qaçış yarışları yekunlaşıb.

Birinciliyi Avstriya atleti Şrot Bite 13.18 saniyə göstərici ilə qazanıb. İkinci pilləni 13.92 saniyə ilə Slovakiya idmançısı Mokrasova Lusiya tutub. Bosniya və Herseqovina atleti 14.11 saniyə göstərici ilə üçüncü yerdə qərarlaşıb. Azərbaycan təmsilçisi Solokova Yekaterina 14.42 saniyə nəticə göstərib. O, yarışları 6-cı yerdə bitirib.

16:48

Bakı 2015 I Avropa Oyunları çərçivəsində qadınlar arasında çəkic atma yarışları yekunlaşıb.

Slovakiya təmsilçisi Hrasnova Martina 69.31 metr göstərici ilə birinci yeri tutub. Həmyerlimiz Skidan Hanna 68.32 ikinci pilləni özü üçün təmin edib. 65.08 metr göstərici ilə Moldaviya atleti Nikisenko Marina üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, hər bir idmançının uğur qazanmaq üçün dörd şansı olur.

16:45

Bu gün Bakı 2015 I Avropa Oyunlarında atletika yarışlarına yekun vurulacaq.

Publika.az xəbər verir ki, Bakı Olimpiya stadionunda keçirilən komanda yarışlarında 14 yığma iştirak edir.

Yarışın ilk günündə 21 növdə çıxış edən idmançılar bu gün daha 19 dəfə start xəttinə çıxacaq. Cədvəldə 5-ci pillədə qərarlaşan Azərbaycan millisi xal hesabını artıraraq, mükafatçılar sırasına düşməyə çalışacaq.

215 xalı olan yığmamız yarışın lideri Avstriyadan 35 xal geri qalır. Slovakiya 2-ci, İsrail 3-cü pillədə yer alıb.

Yer

Ölkə

Xal

1

Avstriya

250

2

Slovakiya

239

3

İsrail

238

4

Moldova

216

5

AZƏRBAYCAN

215

6

Bosniya və Herseqovina

161

7

Lüksemburq

157

8

Gürcüstan

140

9

Malta

130,5

10

Monteneqro

125

11

Andorra

74,5

12

Makedoniya

71

13

AASSE

68

14

Albaniya

61

Oxumağa davam et
Reklam
Reklam

Gündəm