Qılıncoynatma: Bizim üçün uğursuz debüt – CANLI YAYIM – YENİLƏNİR
Bizi izləyin

Bakı 2015

Qılıncoynatma: Bizim üçün uğursuz debüt – CANLI YAYIM – YENİLƏNİR

Saat 11:50-də başlayacaq kişilərin sablya yarışlarında 36 idmançı 6 qrupa bölünüb. Təmsilçilərimizdən Azər Tağıyev A, Abdulla Həsənov D, Cavanşir Səfərov E, Cavanşir Ağakişiyev F qrupunda gücünü sınayıb. Həsənov bütün görüşlərdə uduzaraq, sonuncu yeri tutub. Digər sablyaçılarımız hərəyə 1 dəfə qalib gəlib. Yeganə qələbə Tağıyevə 4-cü yeri tutmaq üçün kifayət edibsə, digər iki idmançımız 5-ci olub.

Bununla da Azər 1/16 finala yüksələn yeganə təmsilçimiz olub. Bu mərhələdə təmsilçimiz rumıniyalı Tiberiu Dolniçeanu ilə görüşüb. Tağıyev 5:15 hesabı ilə uduzub, mübarizəni dayandırıb.

11:37

Qadınların şpaqa yarışında ümumilikdə 35 qılıncoynadan 5 qrupda mübarizə aparıb. İdmançılarımızdan Elmira Xudaverdiyeva A, Samirə Hüseynova B, Məryəm Məlikova C, Nüvar Məlikova E qrupunda qüvvəsini sınayır. Təmsilçilərimiz hərəyə 6 görüş keçirərək, bütün oyunlarda məğlub olub. 24 qarşılaşmada qələbə qazana bilməyən şpaqaçılarımız 1/16 finala çıxa bilməyərək, mübarizəni dayandırıb.

Saat 11:50-də başlayacaq kişilərin sablya yarışlarında 36 idmançı 6 qrupa bölünüb. Təmsilçilərimizdən Azər Tağıyev A, Abdulla Həsənov D, Cavanşir Səfərov E, Cavanşir Ağakişiyev F qrupunda gücünü sınayacaq.

09:57

Bu gün Bakı 2015 I Avropa Oyunlarında qılıncoynatma yarışlarına start verilib.

Publika.az xəbər verir ki, qadınlar şpaqa, kişilər sablya növündə mükafatçıları müəyyənləşdirəcək.

Azərbaycan yığmasının 8 idmançısı da mübarizəyə qoşulacaq. Onlardan 4-ü kişilərin, 4-ü isə qadınların yarışında çıxış edəcək.

Qadınların şpaqa yarışında 35 qılıncoynadan 5 qrupda mübarizə aparacaq. İdmançılarımızdan Elmira Xudaverdiyeva A, Samirə Hüseynova B, Məryəm Məlikova C, Nüvar Məlikova E qrupunda qüvvəsini sınayır.

Kişilərin sablya yarışlarında 36 idmançı 6 qrupa bölünüb. Təmsilçilərimizdən Azər Tağıyev A, Abdulla Həsənov D, Cavanşir Səfərov E, Cavanşir Ağakişiyev F qrupunda gücünü sınayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm