Badmintonçumuz dueldə ilk xalını qazanıb – CANLI YAYIM – YENİLƏNİR
Bizi izləyin

Bakı 2015

Badmintonçumuz dueldə ilk xalını qazanıb – CANLI YAYIM – YENİLƏNİR

Bu gün Bakı-2015 I Avropa Oyunlarında badminton yarışlarında qrup mərhələsinin II turunun oyunları keçirilib. Yarışın 2-ci günündə Azərbaycan təmsilçiləri də növbəti sınağına çıxıb. Təklərin yarışında çıxış edən Kamran Rzayev B qrupunun digər autsayderi Samuel Kali ilə görüşüb. Badmintonçumuz dueldə ilk xalını qazanıb.

"B" qrupunda mübarizə aparan Kənan Rzayev maltalı Samuel Kalini 21:16 və 21:12 hesabı ilə məğlub edib. Qrup mərhələsi çərçivəsində idmançımız növbəti görüşünü iyunun 24-də İtaliya təmsilçisi Rosario Maddaloniyə qarşı keçirəcək. Rzayevin Orxan Qələndərovla çıxış etdiyi cütlük isə fransalılar Bastian Kersodi və Qaetan Mittelheyserlə qarşılaşıb. İlk turda olduğu kimi yenə həmyerlilərimiz set qazanmadan məğlub olub.

16:40

Cütlər B qrupu

II tur

19:20. Vladimir İvanov/İvan Sozonov (Rusiya) – Əmrə Vural/Sinan Zorlu (Türkiyə)

20:00. Bastian Kersodi/Qaetan Mittelheyser (Fransa) – Kamran Rzayev/Orxan Qələndərov (Azərbaycan)

10:25

Birinci Avropa Oyunlarında badminton yarışlarının ikinci günündə Azərbaycan təmsilçisi Kənan Rzayev maltalı Samuel Kali ilə üz-üzə gəlib. Birinci hissədə 21 xal toplayan təmsilçimiz ikinci hissədə də üstünlüyü əldən verməyib. Batmintonçumuz 2:0 hesabıyla rəqibinə qalib gəlib. K.Rzayev 21, rəqibi isə 12 xal toplayıb.

K.Rzayev həm təklərin yarışında mübarizə aparır, həm də Orxan Qələndərovla birlikdə cütlərin turnirində qüvvəsini sınayır.

Dünən təmsilçilərimiz həm təklərin, həm də cütlərin yarışında 0:2 hesabı ilə uduzub. K.Rzayev əvvəlcə İsrail idmançısı Mişa Zibermanla yarışıb. Həmyerlilərimiz qrup yarışmasında türkiyəli Əmrə Vural-Sinan Zorlu cütü ilə qarşılaşıb.

10:08

Bakı 2015 I Avropa Oyunlarında badminton yarışları davam edir.

Publika.az xəbər verir ki, bu gün Azərbaycan kişilər arasında tək və cütlərdən ibarət yarışda təmsil olunacaq.

Saat 09:40-da Kənan Rzayev maltalı Samuel Kali görüşü hazırda davam edir. Cütlüyün yarışı isə axşam saat 20:00-da baş tutacaq. K.Rzayev və Orxan Qələndərovdan ibarət cütlüyün rəqibi isə fransalı Bastian Kersaudi və Qaetan Mittelheisser olacaq.

Qeyd edək ki, badminton yarışına iyunun 28-də yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm